Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Bahar (1947)

Bahar (1947)

Uğur olsun, gözəl bahar!
Səni ellər çox arzular.
Ayaq basdın ölkəmizə,
Şənlik, sağlıq gətir bizə.
Qoy sel kimi yağsın yağış,
İnəyini sağsın yağış.
Sellər axsın, çaylar daşsın.
Sevincimiz başdan aşsın.
Çatır-çatır yansın ocaq,
Qoy şənlənsin oğul, uşaq.
Çöllər, sünbül saçlı əkin
Parıldasın qızıl təkin
Dağlar bəzək vursun yenə,
Quşlar məclis qursun yenə.
Dağda, bağda axşam, səhər,
Ətir saçsın bənövşələr.
Həvəs, maraq gəlsin bizə,
Çalışaq öz dərsimizə. 

1947


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article İlk bahar
Kiçik bir məktəbliyəBahar,...

(Səs verilməyib)  10-10-2007    Baxılıb: 180   
article Bahar (Röya)
Mənə baxıb görməz...

  10-7-2007    Baxılıb: 247   
article Gəl, bahar
Sözləri Teymur Elçinin, Musiqisi...

  10-7-2007    Baxılıb: 157