Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Aslan, qurd və tülkü

Aslan, qurd və tülkü

Bir zaman tülkü, qurd, həm aslan –
Hər üçü bağladı belə peyman
Ki bu gündən ələ nə düşsə şikar
Üç yerə qismət eyləsin onlar.
Hamı “əhsən” dedi bu dadlı sözə.
Ov üçün çıxdılar bir otlu düzə.
Dərə ağzında tapdı üç ortaq;
Bir qoyun, bir keçi, quzu, oğlaq.
Dedi aslan: - Gəlin ovu bölüşək,
Bu qoyun ki, mənə çatar bişəkk,
Quzu olsun gərək mənim payım
Çünki sizlərdə yox mənim tayım
Bu keçi də gərək mənə yetişə,
Olmasın bir kəsin sözü bu işə
Oğlağa kim uzatsa əl, bunu bil:
Eylərəm mən onun əlini şil. 

1908.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Qurd
Qurda dedilər: -Gəl səni qoyuna...

(Səs verilməyib)  10-5-2007    Baxılıb: 110   
article Qurd, Tülkü, Dovşan
   Bir Qurd, Tülkü, Dovşan bir...

(Səs verilməyib)  10-5-2007    Baxılıb: 131   
article Qurd, Tülkü, Şir
  Qurd, Tülkü, Şir birlikdə...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 102