Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Arı

Arı

Arıyam, zəhmətkeşəm,
Bal, mum çəkməkdir peşəm.
Səhər güllər açınca,
Gözəl qoxu saçınca
Uçaram göy yamaca,
Çiçək açmış ağaca,
Ya çəmənə, meşəyə,
Qonaram hər çiçəyə;
Şirəsini çəkərəm,
Pətəyimə tökərəm
Çalışaram doqquz ay,
Hamı məndən alır pay.
Balımdan qoy yesinlər,
Mənə: “Sağ ol!” desinlər. 

1928.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?