Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Şerlər .: Yaşa könül!

Yaşa könül!

Ah, bu uzun sevda yolu

Vurulurmu başa, könül!

Nişan aldım, kaman atdım,

Dəydi oxum daşa, könül!

Bir od düşdü buluduna,

Yandı könül eşq oduna,

Qaldın hicran umuduna,

Ey qırılan şişə könül!

 

Tərlansan, göydən enməzsən,

Bu torpaqda sevinməzsən,

Mən dönərəm, sən dönməzsən,

Yaşa, könül, yaşa, könül!

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?