Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Şerlər .: Küsmərəm!

Küsmərəm!

Mən şirin ləhcəli bir bülbüləm ki,

Güllərdən küsərəm, səndən küsmərəm!

Məni öz canından artıq istəyən

Ellərdən küsərəm, səndən küsmərəm!

Gözlərin misaldır axan çaylardan,

Kirpiyin oxlardan, qaşın yaylardan.

Qarşımıza gələn uzun aylardan,

İllərdən küsərəm, səndən küsmərəm!

 

El içində bizə derlər Sayadlı,

Tərlan ovçusuyam, ruhum qanadlı.

İlham pərisinin açdığı dadlı

Dillərdən küsərəm, səndən küsmərəm!

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?