Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Şerlər .: Ürək

Ürək

Sən onun eşqilə, məhəbbətilə

Vurmadın ömrünü başa, ürəyim.

Sevgi hədəfinə nişan alanda

Dəydimi oxların daşa, ürəyim?!

 

 

Sevgi dəryasında ruhum bir ada,

Fırtınam ziyada, dalğam ziyada,

O ellər gözəli düşəndə yada,

Az qalır xəyalım şaşa, ürəyim!

 

Sən canı canandan ayrı tutmadın,

Odur ki, vəfasız deyildir adın.

O, səni unutdu, sən unutmadın,

Yaşa, məhəbbətim, yaşa, ürəyim!

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?