Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Şerlər .: Sevirəm

Sevirəm

Sevirəm

Bənövşə tək

Boynun bükərək

O məhzun duruşlarını.

Sevirəm

Mənimlə göz-gözə gələndə

Şimşək baxışların vuruşlarını.

Sevirəm

Kirpik çala-çala

Məni süzərək

Bir mahir ovçudan qorxmuş, ürkərək

O ceyran ədalı baxışlarını.

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?