Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Şerlər .: Kimidir

Kimidir

Sevgilim əyninə yaşıl geyinmiş,

Sallanışı sərvi-çəmən kimidir.

Bu bənzətmə bir az üzdən olsa da,

Tamaşa görkəmi səmən kimidir.

Nə arzu eyləsən, könlümdə vardır,

Eşqimin səhəri bir ilk bahardır.

Ona könül verən nə bəxtiyardır,

Fikrim-hissim təzə gülşən kimidir.

 

Müşfiqin ürəyi yarpaqdan incə,

Titrəyir bir xəfif rüzgar əsincə,

Məşuqun ayağı haraya dəysə,

Orası aşiqə vətən kimidir.

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?