Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Şerlər .: İşidir

İşidir


Xeyr, hörüklərin deyildir ilan,

O əski şairlər söyləmiş yalan,

Məni xəyal kimi ayağa salan

O coşqun dalğalı telin işidir.

Bunu yaxşı bilir tanış yolçular,

Nə sən günahkarsan, nə mən günahkar.

Bu ovçu könlümə verməyə qərar,

O zərif qamətin, belin işidir.

 

Müşfiqəm, sözümdə tapılmaz yalan,

Gözündür könlümü odlara salan,

Qəlbimi ovlayıb, canımı alan,

O bülbül nəğməli dilin işidir.

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?