Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Hüseyn Cavid .: Müxtəlif şerlər .: Bir zamanlar

Bir zamanlar

Bir zamanlar sənin pənbə kölgəndə
Pək bəxtiyar idim, nazlı dilbərim.
Hənuz bəxtiyarlıq duyulmaz məndə,
Yalnız gülümsərdi məhzun gözlərim.

Ayrılıq nə yaman dərd imiş, aman!
Sənsiz halım gündən-günə pərişan,
Vüslət dəmlərini anar də hər an,
İzlər yollarını yorğun gözlərim...

Sənsiz bütün duyğularım bunalmış,
Zehnim, fikrim durmuş, həp dona qalmış,
Uyqum çəkilmiş, könlümü qəm almış,
Yalnız arar səni vurğun gözlərim.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?