Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Hüseyn Cavid .: Müxtəlif şerlər .: Qaçqın

Qaçqın

Örtünmə, dur! Kimsən, nerəlisən sən?
Gözəl qaçqın, başı bəlalı qaçqın!
Gülümsə, nur saçılsın üz-gözündən,
Ey hər halı mələk ədalı qaçqın!..

Zülfünü qoynunda bəsləmiş gecə,
Süzgün gözlərin, gül üzün pək incə,
Könül məst olur sən gülümsədikcə,
Ey nazlı dağların maralı qaçqın!

Mən istərəm ömrüm səninlə gülsün,
Söylə, nə dərdin varsa anlat bütün;
Aman, nə oldu ki, sən böylə düşdün
Yurdundan, elindən aralı qaçqın!

Ah, səni gördüm də dağıldı huşum,
Vuruldum sənə, sanki bir sərxoşam,
Mən də sənin kimi qərib bir quşam,
Gəl mənə, ey könlü yaralı qaçqın!..

1919


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?