|
Verdim o gün ki, zülfi-pərişanə könlümü, Saldı nigar o zülfdə zindanə könlümü. Yalvardım əczinən ona, bəlkə xilas edə, Zənciri-zülfə bağladı divanə könlümü. Hər qədr uydum ol büti-tərsa cəmalinə, Yandırdı şəmi-hüsnə çü pərvanə könlümü. Gülzari-hüsnə Yusifi-dil çıxdı seyr edə, Saldı o yar çahi-zənəxdanə könlümü. Etdikcə mən məhəbbət o kafər balasına, Etdi cəfayi-naz ilə viranə könlümü. Vəslə yetirməyib, gecə-gündüz fəraqdə, Təbdil edibdi laləsifət qana könlümü. Bəzmi-vüsalə həsrəti-ümmidvar idim, Saldı bəlayi-firqətə məstanə könlümü. Gülçin binəva idim, oldum müridi-şeyx, Yandırmışam mən atəşi-hicranə könlümü.
|
|
Məqalə
|
978
|
|
Yazılma tarixi
|
10-10-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|