Ağ yerə toxum səpərlər
Açması: Yazı
***
Ağzı birdi, dili mindi,
Gah belə deyir, gah elə.
Açması: Qələm
***
Ağca atı nalladım,
Səmərqəndə yolladım.
Açması: Məktub
***
Arpa yemir, saman yemir,
Anqırır heyvan kimi.
Açması: Paravoz
***
Bir qapağı, Min yarpağı.
Açması: Kitab
***
Bir qarpızım var cığal
Üstünə dünya sığar.
Açması: Qlobus
***
Bir sehirli fanaram,
Kibritsiz də yanaram
Nə yerdə yox, nə göydə
Havadan sallanaram.
Açması: Elektrik lampası
***
Quş deyil qanadı var,
Quşlardan yeyin uçar.
Açması: Təyyarə
***
Dolanar bütün ərzi,
Aşar dağı, dənizi.
Gəzib göydə gecələr
Gəlib yerdə dincələr.
Açması: Kosmonavt
***
Gedir-gedir izi yox,
Kəsir-kəsir qanı yox.
Açması: Paraxod
***
O nədi ki, yeməyi benzindi,
Ayağı rezindi.
Açması: Avtomobil
***
Özü qara, sözü ağ.
Açması: Yazı lövhəsi
***
O nədi ki, içində qışdır,
Çölündə bahar.
Açması: Soyuducu