Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Tapmacalar .: Heyvanlarla bağlı tapmacalar

Heyvanlarla bağlı tapmacalar

Avın alsan mırıldar,

Sığallasan xoruldar.

Açması:  Pişik

 

***

Ağzı qara boz bəylər,

Vursan ağzın əyilər

Açması: Canavar

 

***

Ağızı var, dili olmaz,

Yüz ağac vur çığırmaz.

Açması: Balıq

 

***

Adam döyül, əl-ayağı, dişi var,

Əcəb şeydi, qərəvəllə işi var.

Açması: Meymun

 

***

Bağda sürünər gəzər,

Az-az görünər gəzər,

Oxşuyar bir yumağa

Qorxuram əl vurmağa.

Açması: Kirpi

 

***

Bir atım var minə bilmirəm.

Ağzın açsa dinə bilmirəm.

Açması: Şir

 

***

Bir axmaq öküzüm var,

İləndirib ət yeyər.

Açması: Ayı

 

***

Qaya altdan qaz gedər,

Burnun qulazlar gedər,

Bir il buğaya gələr,

Yeddi il boğaz gedər.

Açması:  Fil

 

***

Qızılgül beçə verdi,

Sana gör neçə verdi?

Yarpaqsız ağac gördüm.

Torpaqsız beçə verdi

Açması: Maral buynuzu

 

***

Dağdan, qayadan aşar,

Pişik kimi dırmaşar.

İlan kimi sürünər,

Divardan bərk yapışar.

Açması: Kərtənkələ

 

***

Dik çıxanda ildırım,

Dik enəndə digirqoz.

Açması: Dovşan

 

***

Dilim-dilim nar,

Diziməcən qar,

Yeddi dananın gönü,

Bircə ayağıma dar.

Açması:  Siçan

 

***

Yer altında yağlı küt.

Açması: Porsuq

 

***

O nədi ki, evə girməz,

Sədaqəti eldə gəzər.

Açması:  İt


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Meyvələrlə bağlı tapmacalar
Ağ uzatdım,Al toxudum,Qara...

  10-6-2007    Baxılıb: 193   
article ELm və texnika ilə bağlı tapmacalar
Ağ yerə toxum səpərlər...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 153   
article Bostan və tərəvəz məhsulları bağlı tapmacalar
Alaca, ha bulaca,Səpdirmişəm...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 130