Alaca, ha bulaca,
Səpdirmişəm yamaca,
Düz dırmaşar ağaca.
Açması: Lobya
***
Anaxanım atlandı,
Qol-qanadı qatlandı.
Açması: Kələm
***
Babam oturub al çuxada,
Kim soyundursa gözü çıxar.
Açması: Soğan
***
Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.
Açması: Bibər
***
Bədəni yerdə,
Saqqalı göydə.
Açması: Turp
***
Bir damım var, qapısı yox.
Açması: Qarpız
***
Lalalar, ay lalalar,
Laladan piyalalar,
Qol-budağı çiçəklər,
Köklərindən balalar.
Açması: Kartof
***
Ləyənda, ay ləyəndə,
Gül boynunu əyəndi,
Yeyilər kal vaxtında,
Yemək olmaz dəyəndə.
Açması: Xiyar