Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Xalq nəğmələri .: Mövsum və mərasim .: Novruz

Novruz

Xonçaya qoydum balığı,
Al boyadım ortalığı,
Gərdişə sal çalmalığı,
Çünki gəlibdi Firuz.
Xoş keçəcəkdi Novruz.
***

Taxçaya qoydum çırağı,
Rövşən eyləsin bucağı,
İşıqlandırsın otağı,
Çünki gəlibdi Firuz,
Xoş keçəcəkdi Novruz.

***

Üsküdü bu, çərşənbədi,
Atəş yanır şövnəmdədi,
Zərdüşt deyir kölgəmdədi,
Çünki gəlibdi Firuz,
Xoş keçəcəkdi Novruz.

***

Taxçaya qoydum noxudu,
Sanadım biri yox idi.
“Zondanı”, “Həfti” oxudu,
Çünki gəlibdi Firuz,
Xoş keçəcəkdi Novruz.

***

Süfrəyə qoy simuzəri,
Əlavə eylə təbəri,
Zonfovuş oxur “Ögər”i,
Çünki gəlibdi Firuz,
Xoş keçəcəkdi Novruz.

***

Atəşə səp üzərliyi,
Qarnıyarıq bəzərliyi,
Süxt eləsin əyərliyi,
Çünki gəlibdi Firuz,
Xoş keçəcəkdi Novruz.
 
 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Novruz nəğmələri
Novruz, novruz bahara, Açır novruz...

  10-6-2007    Baxılıb: 119   
article Novruz bayramı
Ey, gözəl bayram, ey gözəl...

(Səs verilməyib)  10-5-2007    Baxılıb: 511   
article NOVRUZ məəcunları
Həddindən dadlı,...

(Səs verilməyib)  10-5-2007    Baxılıb: 140