Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Elm, tədris və Kariyera .: Elmlər .: Zoologiya .: Ümumi məlumat .: Heyvanlar aləminin təkamülü

Heyvanlar aləminin təkamülü

HEYVANLAR ALƏMİNIN TƏKAMÜLÜNÜN SÜBUTLARI
HEYVANLAR ALƏMİNİN TƏKAMUL SƏBƏBLƏRİ
YAŞAYIŞ UĞRUNDA MÜBARİZƏ VƏ TƏBİİ SEÇMƏ
ONURGASIZ HEYVANLARIN TƏKAMÜLU
XORDALI HEYVANLARJN MƏNŞƏYİ VƏ TƏKAMÜLÜ
HEYVANLAR ALƏMİNIN TƏKAMÜLÜNÜN SÜBUTLARI
Canlıların sadədən mürəkkəbə doğru inkişafı proqressiv təkamül adlanır. Hazırda bizim planetimizdə 2 milyona qədər heyvan növü yaşayır. Heyvanların bu qədər növ müxtəlifliyi bir neçə yüz milyon illər ərzində təkamül nəticəsində əmələ gəlmişdir. Bu tarixi inkişafda bir növ digəri ilə əvəz olunmuş və müasir heyvanlar aləminin formalaşmasına gətirib çıxarmışdır.Heyvanlar aləminin təkamülünü paleontologiya, müqayisəli anatomiya və embriologiya sübut edir.
Palentologiya qazıntı halında tapılan orqanizmlər haqqında elmdir. Yerin qatlarından vaxtı ilə yaşamış heyvanla rın daşlaşmış qalığı, izləri, ayrı-ayrı sümükİəri, bütov skeleti tapılmışdır. Belə tapıntılar heyvanlar aləminin Yer üzərində tarixi inkişafınn ardıcıllığının müasir heyvanların qohumluq əlaqəsini və onların mənşəyini bilmək üçün alimlərə kömək edir.
Yerin qədim qatlarında yalnız o heyanların qalıqları saxlanmışdır ki, onlar heyvan cəsədlərinin parçalanmasına mane olan şəraitdə olmuşdur. Heyvanlar su hövzəsinin dibinə düşmüşlərsə, onlar tez bir vaxtda lil və qumla örtülmüş, bədənin yumşaq hissələri çürüdükcə onların yerinə mineral duzlar hopmuş və daşlaşmışdır Daşlaşma ölüb getmiş heyvanın mineral maddələrdən təşkil olunmuş sankı müqəvvasıdtr. Çox vaxt heyvanın cəsədi deyil, onun izləri, sümükİəri, buynuzları, caynaqları saxlanılır. Əbədi buzlarda mamontların və digər heyvanların cəsədləri bütövlükdə donub qalır. Arxeopteriks adlanan qədim quşun izələrinin tapılması quşların qədim sürünənlərdən əmələ gəlməsini göstərir. Çoxdan məhv olmuş trilobitlərin (buğumayaqhlar) qazıntı halında qalıqlaranın tapılması, buğumayaqlıların həlqəvi qurdlardan əmələ gəlməsi sübut edən mühüm dəlil olmuşdur.Çünki trilobitlər quruluşuna görə buğumayaqlılarla həlqəvi qurdlar arasında aralıq vəziyyət tutur. Qədim pəncəüzgəcli balıqların skeletinin quruluşu suda-quruda yaşayanların əcdadını müəyyən etməyə imkan vermişdir.
Müqayisəli anatomiya müasir heyvan qruplarının quruluşunu bir-birilə müqayisə etməkİə onların arasında oxşarlıq olduğunu sübut edir. Məsələn, qurbağanın, kərtənkələnin, timsahın, quşun, yarasanın, köstəbəyin, balinanın və insanın Ön ətraflarının, eləcə də skeletlərinin digər hissələrinin, daxili orqanlarının quruluşunda və yerləşməsində ümumi cəhətlər çoxdur.
Bağırsaqboşluqlularda qamçılı hüceyrələrin olması çoxhüceyrəli heyvanların bir hüceyrədən inkişaf emməsini və bunların birhüceyrəli ibtidailərlə qohumluğunu gostərir. Buğumayaqlıların həlqəvi qurdlarla oxşarlığı bu heyvanların vahid mənşəyə malik olmasına sübutdur. Heyvanlar arasında oxşarlıq (homologiya) nə qədər çoxdursa, onların tarixi qohumluq əlaqələri də bir o qədər yaxındır.
Embriolgiya da heyvanlar aləminin tarixi inkişaf mərhələlərinin aydınlaşdırılmasında mühüm rol oynayır. Neştərçənin və digər xordalı heyvanların rüşeymi ilə tanışlıq göstərir ki, onlar qohumdur. Balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər və insan rüşeymində inkişafm başlanğıc mərhələlərində böyük oxşarlığın olması, bu heyvanların əcdad qohumluğu haqda müəyyən məlumat verir.
Suda-quruda yaşayanların balıqlardan əmələ gəlməsini qurbağaların inkişafında balığaoxşar mərhələnin olması aydın göstərir. Müəyyən edilmişdir ki, hər hansı heyvanın rüşeymi inkişaf edərkən öz əcdadlarının inkişafının bir neçə mərhələsini qısa bir vaxtda təkrar edir.
HEYVANLAR ALƏMİNİN TƏKAMUL SƏBƏBLƏRİ
Keçmişdə hesab edirlər ki, təbiətdə mövcud olan bitki və heyvan növləri birdəfəlik yaranmışdır və bu günə kimi onlarda heç bir dəyişikİik olmayıb. Bitki və heyvan növlərinin necə əmələ gəlməsi və onların nəyə görə bu qədər növ müxtəlifliyinə malik olması sualına ingilis alimi Çarlz Darvin başqa cür cavab vermişdir. Darvinin ən böyük əsəri "Növlərin mənşəyi" adlanır.
Təkamülün hərəkətverici amilləri. Darvinin təkamül nəzəriyyəsinə görə dünyada olan bitki və heyvan növləri xarici mühit amillərinin təsiri altında tədricən dəyişilərək təkmilləşmişdir. Darvinə görə təkamülün əsasında növlərin dəyişkənliyi, irsiyyəti və təbiətdə daimi baş verən təbii seçmə durur.
Dəyişkənlik. Eyni növə mənsub olan fərdlər arasındakı fərqə növdaxili dəyişkənlik deyilir. Bu hadisə canlılar aləmində çox geniş yayılmışdır. Canlı təbiətdə tamamilə bir-birinə bənzəyən iki fərdə rast gəlmək mümkün deyil. Məsələn, eyni ata-anadan törəyən balalar, eyni ağacdan dərilən meyvələr bir-birindən fərqlənir. Müəyyən edilmişdir ki, eyni növ quşa mənsub olan fərdlər bədənin və qanadların uzunluğu, dimdiyin eni, uzunluğu, rəngi və s. etibarilə çox fərqli olur. Darvinə görə dəyişkənliyə səbəb canlıları əhatə edən mühitin müxtəlif amilləridir: temperatur, rütubət, duzluluq, qidanın miqdarı, Keyfiyyəti, yerin relyefi yırtıcılar və s. Darvin dəyişkənlik hadiəsəini izah edərkən orqanizmlə xarici mühit şəraiti arasındakı qarşılıqlı münasibətləri və vəhdəti əsas götürmüşdür.
İrsiyyət. Canlıların öz əlamət və xassələrini nəsillərinə keçirməsi xüsusiyyətinə irsiyyət deyilir. Hər növ öz tarixi inkişafında qazandığı əlamət və xassələri övladlarına keçirir. Övlad bu, ya digər əlaməti ilə öz valideynindən fərqlənir, yəni onun tam sürəti olmur. Deməli, irsiyyət və dəyişkənlik hadisələri bir-birindən ayrılmaz proseslərdir və bunların vəhdəti nəticəsində üzvi aləm təkamül edir.
Ev heyvanları cinslərinin yaradılması. Süni seçmə. İnsan süni seçmə nəticəsində ev heyvanlarının çoxlu miqdarda cinslərini yaratmışdır. Insan fəaliyyəti nəticəsində bir və ya bir neçə heyvan növündən onlarla və hətta yüzlərlə heyvan cinsləri alınmışdır. Məsələn, çoxlu göyərçin cinsi vəhşi göyərcindən, ev toyuğu cinsləri vəhşi bankiv toyuğu növündən, ev dovşanları vəhşi ada dovşandan, 400-ə qədər qaramal cinsi iki növ vəhşi turdan (iri çöl turu və kiçik meşə turu), ev donuzları vəhşi iki növ donuzdan (Avropa və Asiya vəhşi donuzları) və i.a. baş-lanğıc almışdır.
YAŞAYIŞ UĞRUNDA MÜBARİZƏ VƏ TƏBİİ SEÇMƏ
Seçmə təkcə süni deyil, təbii şəraitdə də seçmə hadisəsi var. Canlılar yaşamaq uğrunda mübarizə aparır. Bu mübarizə növ daxilində, növlər arasında və canlıların xarici mühitin əlverişsiz bütün amillərinə aparılır. Məsələn, sərt qışda bir çox quşlar yem tapa bilməyib soyuqdan tələf olur. Onların hamısı yem axtarmaqla yaşamaq uğrunda mübarizə aparır. Daha cəld, qidanı daha tez görən və tez onu mənimsəyə bilən quşlar yaxşı qidala-nır, qalan quşlar isə tələf olur. Deməli, burada secmə gedir, yəni təbiət amilləri acizləri çıxdaş edir, qaliblər isə yaşayır. Başqa bir misal. Otyeyən heyvanları ovlayan yırtıcı heyanlarbirinci növbədə zəif fərdləri məhv edir. Belə bir seçmə prosesində o heyvanlar qalıb yaşayır və nəsil artıra bilir ki, onlar cəld qaçır, hər cür təhlükəyə qalib gələ bilir. Bunlardan rəngləri yaşama mühitinə uyğun gələnlərin yaşama ehtimalı daha çoxdur. Eyni vaxtda otyeyən heyvanlar yırtıcı heyvanların arasında seçmə getməsinə təsir göstərir: qida tapa bilməyənlər məhv olur.
Əgər hər hansı bir heyvan növü intensiv çoxalırsa və daha böyük ərazi tutursa, seçmə eyni vaxtda müxtəlif istiqamətlərdə gedə bilər. Zaman keçdikcə bir növdən iki və ya daha çox növ əmələ gəlir. Məsələn, hazırda iki növ çataldimdik mövcuddur: şam çataldimdiyi və küknar çataldimdiyi. Bunların əcdadı təbiətdə yayılarkən müxtəlif şəraitə düşmüşdür. Şam meşəsində yaşayan şam çataldimdiyində dimdik möhkəm və iridir. Küknar çataldımdiyində isə əksinə, dimdik zəif və kiçikdir. Bu iki növ quşda dimdiyin bu qədər fərqli olması, onların qidalanma qaydaları ilə əlaqədardır: şam qozasından toxumun çıxarılması küknar qozasından toxumu çıxarmaqdan çətindir. Odur ki, birinci növün dimdiyi daha iri və möhkəmdir.
Yuxarıda qeyd etdiyimiz kimi təbiətdə geniş yayılmış dəyişkənlik hadisəsi növün daxilində ayrı-ayrı fərdlərin bir-birindən fərqlənməsinə səbəb olur. Bəzi fərdlər öz xüsusiyyətinə görə həyat şəraitinə daha yaxşı uyğunlaşır, bəziləri nisbətən pis uyğunlaşır, heç uyğunlaşa bilməyənlər də doğulur. Həyat şəraitinə uyğunlaşanların qalıb yaşamasına, uyğunlaşa bilməyənlərin isə get-gedə aradan çıxmasına Darvin təbii seçmə adı vermişdir. Təbii seçmə təbiətdə daima baş verən proses olub, yaşayış uğrunda mübarizənin hər bir forması ilə həyata keçirilir.
ONURGASIZ HEYVANLARIN TƏKAMÜLU
Birhüceyrəli heyvanların mənşəyi. HazırKİ elmi təsəwürə görə həyat bir neçə milyard il bundan əwəl yerdə cansız mate-riyadan əmələ gəlmişdir. İIK cənlı varlıqlar KİÇİK selİK topası halmda olmuşdur. Bımlarda nə nüvə, nə vaıcuol, nə də hüceyrənin formalaşmış digər hisəcikİəri olmayıb, lakin onlar böyüməyə, xarici mühitlə mübadiləyə girməyə və çoxalmağa qabil olmuşdur. İlk orqanizmlər təbii seçmə nəticəsində daha da mürəkkəbləşmiş və ilk birhüceyrəli heyvanlar və bitkilərə başlanğıc vermişdir. Müasir təsəvvürə görə ibtidai heyvanların əcdadı qədim birhüceyrəli qamçılılar olmuşdur. Onlar müasir kö-kayaqlılara, infuzorlara, qamçılılara nisbətən daha sadə quruluşda olmuşdur. Qədim birhüceyrələrdən koloniyalı ibtidailər əmələ gəlmişdir.
Çoxhüceyrəli heyvanların mənşəyi. Koloniyalı heyvanların əmələ gəlməsi heyvanların quruluşunun sonrakı mürəkkəbləşməsində çox əhəmiyyətli olmuşdur. Belə ehtimal olunur ki, qədim koloniyalı ibtidailərin bədənini təşkil edən hüceyrələr iki qatda yerləşmişdir. Bu qatlada yerləşən hüceyrələr xarici mühitə görə fərqli şəraitdə olmuşdur və uzun sürən tarixi inkişafda təbii seçmənin təsiri altında bu iki qatda olan hüceyrələr quru-luş və funksiyalarına görə bir-birindən fərqlənmişdir. Xarici qatda yerləşən və mühitin amilləri ilə bilavastə təmasədə olan hüceyrələr hərəKət, müdafiə və qidalanma funksiyalarını yerinə yetirmişdir. Daxili qatda yerləşən və xarici mühitlə az əlaqədə olan digər hüceyrələr isə əvvəİki kimi həzmə xidmət etmişdir, məsələn, hidrada olduğu kimi.

Süngərlər.
Bunlar koloniyalı ibtidailərdən əmələ gəlmişdir. Bədənini təşkil edən hüceyrələr bir-birindən az fərqlənir. Süngərlər heyvanlar aləminin tarixi inkişafında kor şaxə əmələ gətirir. Süngərlər üçün xas olan yaxalıqlı hüceyrələr nə bağırsaqboşluqlularda, nə də ki, digər heyvanlarda yoxdur.
Bağırsaqboşluqluların mənşəyi. Bağırsaqboşluqlular ikiqatlı heyvanlardır, lakin bunlarda əzələ və sinir hüceyrələri var. Ona görə də bunlar hərəkət edə bilir və müxtəlif qıcıqlara qarşı cavab verir. Süngərlər kimi, bağırsaqboşluqlular da koloniyalı qamçılılardan əmələ gəlmişdir. Bağırsaqboşluqluların entoderma qatında (daxili qat) qamçılı hüceyrələrin olması, hidranın ilk inkişaf mərhələsinin volvoks koloniyasına oxşarlığı, həmçinin hidranın mayalanmış bir hüceyrədən inkişaf etməsi bağırsaqboşluqluların qədim qamçılılarla əcdad qohumluğu olduğunu göstərir.
Yastı qurdların mənşəyi. İkitərəfli simmetriyalı heyvanlardan ən sadəsi yastı qurdlardır. Həzm sisteminin quruluşuna görə yastı qurdların bağırsaqboşluqlulara oxşarlığı var. Belə ki, hər iki tipdə həzm sistemi bir tərəfi bağlı, digər tərəfi isə xarici mühitə açılan (ağız) kisədən ibarətdir. Ehtimal olunur ki, yastı qurdlar öz başlanğıcını nəsli kəsilmiş qədim bağırsaqboşluqlulardan almışdır. Sürünmə həyat tərzinə keçməkİə əlaqədar olaraq bu heyvanlarda ön və arxa, qarın və bel tərəflər inkişaf etmişdir. Oturaq həyat tərzindən fərqli olaraq, fəal hərəkət tərzi (sürünmə) yastı qurdlarda ikitərəfli simmetriyanın inkişafına səbəb olmuşdur.
Sərbəst yaşayan yastı qurdlar sonrakı tarixi inkişafda parazit qurdlara başlanğıc vermişdir.
Sap qurdların mənşəyi. Sap qurdlara sərbəst yaşayan qədim yastı qurdlar başlanğıc vermişdir. Sap qurdlar, əsasən, IİK bədən boşluğu və anal dəliyin olması ilə yastı qurdlardan fərqlənir.
Həlqəvi qurdlarm mənşəyi. Bunlar qurdların ümumi əcdadından başlanğıc almışdır. Bədənin buğumlu olması bu heyvanların təkamülündə mühüm xüsusiyyət hesab olunur. Fəal lıərəkətlə əlaqədar olaraq, həmçinin bədəni qida maddələri və oksigenlə təmin edən qan-damar sistemi əmələ gəlmişdir.
Molyuskaların mənşəyi. Molyuskalar istər xarici və istərsə də daxili quruluşuna görə həlqəvi qurdlardan fərqlənir. Lakin dənizlərdə yaşayan bir çox qarmayaqlı molyuskaların sürfələri dəniz çoxqıllı qurdların sürfələrinə oxşayır. Beləlikİə, molyukaların və həlqəvi qurdların bir ümumi əcdaddan başlanğıc alması yalnız embrioloji dəlillərlə ehtimal oluna bilir.
Buğumayaqlıların mənşəyi. Buğumayaqlılarla həlqəvi qurdlar arasında bir sıra oxşarlığın olması onların mənşə etibarilə qohumluğunu göstərir. Hər iki tipdə bədən buğumlu, sinir sistemi isə qarın sinir zənciri və udlaqətrafı sinir halqasından ibarətdir. Bununla bərabər, qədim buğumayaqlılara aid edilən trilobitlər öz quruluşu etibarilə dəniz çoxqıllı qurdlarını (həlqəvi qurdları) xatırladır. Ehtimal olunur ki, məhz trilobitlər müasir buğumayaqlılarla qədim həlqəvi qurdlar arasında keçid təşkil edir.
XORDALI HEYVANLARJN MƏNŞƏYİ VƏ TƏKAMÜLÜ
Heyvanlar aləminin tarixi inkışafında xordalı heyvanların əmələ gəlməsi mühüm hadisədir. İbtidai xordalı heyvanlar - neştərçələr həlqəvi qurdlarla müəyyən oxşarlığa malikdir. Xüsusilə ifrazat, qan-damar, əzələ və sinir sistemində belə oxşarlıq var. Bu oxşarlıqlar xordalılarla həlqəvi qurdlar arasında əcdad qohumluğunun olmasını göstərir. Bu oxşarlıqlara baxmayaraq, neştərçələrdə xordanın olması heyvanın bel tərəfi ilə bədən boyu sinirin uzanması, xüsusi tənəffüs orqanı-udlaq qəlsəmələrinin olması və s. neştərçələrin həlqəvi qurdlardan daha yüksək pillədə durmasına əsas verir. Müasir təsəvvürlərə görə 500 milyon il bundan əvvəl dənizlərdə yaşayan və həlqəvi qurdlara çox yaxın olan heyvanlar xordalılara başlanğıc vermişdir. Bir qrup xordalı heyvan passiv həyat keçirərək dənizin dibində neştərçələri əmələ gətirmişdir. Digər qrup xordalılar isə fəal həyat tərzinə uyğunlaşmış və onlardan uzun sürən tarixi inkişaf prosesində əvvəlcə qığırdaqlı, sonra sümükİü-qığırdaqlı və nəhayət, sümük skeletli heyvanlar əmələ gəlmişdir. Beləlikİə, onurğalıların əcdadı neştərçəyəoxşar qədim heyvanlar olmuşdur. Bu heyvanlar qədim balıqlara, onlar isə qədim pəncəüzgəcli balıqlara və müasir balıqlara başlanğıc vermişdir.
Pəncəüzgəcli balıq quru onurğalı heyvanlara əcdad olmuşdur. Ümumiyyətlə, onurğalı heyvanların su həyatından qum həyatına sceçməsi iki mühüm uyğunlaşma ilə əlaqədar olmuşdur: atmosfer oksigeni ilə tənəffüsə uyğunlaşma və bərk substrat üzərində gəzə bilmək.
İlk amfibilər-başızirehlilər (steqosefallar) paleozoy erasının devon dövründə qədim pəncəüzgəcli balıqlardan əmələ gəlmiş-dir. İIK amfibilər su hövzələrinin sahillərində yaşamış və suda çoxalmışdır.
İIK sürünənlər (katilozavrlar) öz başlanğıcını steqosefallardan götürmüşdür. İIK sürünənlər permdə geniş yayılmış, triasın əvvəlində isə qırılmışlar və onların yerlərini qədim nəhəng sürünənlər (dinozavrlar, teriodontlar, ixtiozavrlar, pterozavrlar) tutmuşlar. Qədim sürünənlər mezozoy erasında geniş yayılmış, bu eranın axırında isə qırılmışdır.
Quşlar və məməlilər öz başlanğıcını qədim sürünənlərdən götürmüşdür. Onurğalı heyvanların tarixi inkişafında onların bütün orqanlar sistemi təkmilləşmişdir. İki kameralı ürəkdən və bir qan dövranından (balıqlarda) üçkameralılığa və iki qan dövranına (suda-quruda yaşayanlar və sürünənlər) və dördkameralı ürək (iki qan dövranı) sisteminə keçid olmuşdur.
Tənəffüs də təkmilləşmişdir. Heyvanlar qəlsəmə tənəffüsündən ağciyərlər tənəffüsünə keçmişdir. Tədricən ağ ciyərlərin daxili səthi böyümüşdür. Quşlarda və məməlilərdə daha yaxşı inkişaf etmiş qan-damar, tənəffüs, həzm sistemi orqanları. həmçinin bədənin lələk(quşlarda) və tük örtüyünə (məməlilərdə) malik olması bu heyvanları yüksək səviyyəli maddələr mübadiləsi və sabit bədən temperaturu ilə təmin etmişdir.
Hərəkət və sinir sistemi mürəkkəbləşmiş, quruda çoxala bilmək xüsusiyyəti inkişaf etmişdir. Bütün bunlar quşlar və məməlilərin Yer Kürəsində geniş yayılmasına imkan vermişdir.
Heyvanlar aləminin uzun tarixi inkişafı qədim primatların əmələ gəlməsinə gətirib çıxarmışdır ki, bunlardan da ilk insan əmələ gəlmişdir. tnsanın əmələ gəlməsi haqqında yuxarı siniflərdə daha ətraflı məlumat alacaqsınız.

Məlumatlar http://zoologiya.iatp.az saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Heyvanlar aləminin müxtəlifliyi
Heyvanlar aləmi çox...

  10-21-2007    Baxılıb: 197   
article Heyvanlar aləminin qorunması

(Səs verilməyib)  10-21-2007    Baxılıb: 181   
article Heyvanların bəhsi
Qoyun deyir: Mən heç otdan doymaram,...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 147