Heyvanlar aləmi çox müxtəlif və zəngindir. Alimlərin son hesablamalarına görə planetimizdə yaşayan heyvan növlərinin sayı 2 milyondan artıqdır. Heyvan növlərini əmələ gətirən fərdlər istər böyüklüyü-kiçİkliyinə görə və istərsə də kütlə etibarı ilə çox müxtəlifdir. Məsələn, məməli heyvanlardan olan göy balinanın kütləsi 150 t.kiçik qonurdişin kütləsi isə 3 q-dır. Həmçinin balıqlar, amfibilər, sürünənlər, quşlar, qurdlar, cücülər və digər heyvanlar arasında nəhənglər və cırtdanlar vardır. Heyvanlar həm də xarlci və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, akulanı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə - Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqə-dar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir. Ona görə də heyvanın xarici quruluşuna gorə onun hansı mühitdə yaşamasını , necə hərəkət etməsini və qidasını necə tapmasını müəyyən etmək mümkündür.
Heyvanlar aləmindən bəhs edən elm zoologiya adlanır. Yunanca zoon - heyvan, loqos - elm, təlim deməkdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların quruluşunu və həyat fəaliyyətini, yaşadıqları mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Heyvanları quruluşunun sadə və mürrəkəbliyinə, mənşəyinə görə müxtəlif sistematik qruplara ayırmışlar. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Hazırda heyvanlar 23 tipə ayrılır. Hər tip isə bir və ya bir neçə siniflərə bölünür. Bu qayda üzrə siniflər dəstələrə, dəstələr fəsilələrə, fəsilələr cinslərə, cinslər də növlərə ayrılır. Məsələn, məməlilər sinifinin yırtıcılır dəstəsinə itlər, pişikİər və ayılar fəsilələri daxildir.Heyvanların təbii təsnifatı ilə heyvanların sistematikası məşğul olur. Bu elm heyvanlar aləminin təkamülünü əks etdirir. Biz heyvanların morfologiya və fiziologiyasını sadədən mürəkkəbə doğru(ibtidaidən aliyə doğru) öyrəndikcə, təbiətdə gedən təkamül prosesinin reallığını dərk edirik. Zoologiya heyvanlar aləminin qorunmasının və onlardan səmərəli istifadə edilməsinin elmi əsasını təşkil edir.