Zalıma rəhm etmək, məzluma zülm etməkdir.
***
Zalımın zülmü yadında qalmaz.
***
Zalımın ömrü az olar.
***
Zaman axıb gedir, amma hər işini qurtarıb getmir.
***
Zaman bir nəhrdir axar, durmaz.
***
Zaman zamana uymaz.
***
Zaman ilə hesablaşmaq gərək.
***
Zaman keçər, söz qalar.
***
Zaman pul deyil, onu qaytarmaq olmaz.
***
Zaman səbirlidir.
***
Zahid buraxıb məscidi meyxanəyə gəlməz.
Bayquş yaranandan bəri viranə üçündür.
***
Zatı qırıqdır.
***
Zatına da, südünə də bələdəm.
***
Zahid məni aldatma, cəhənnəmdə od olmaz, onlar ki, yanırlar, odu burdan aparırlar.
***
Zahidin bir barmağın kəssən, dönər haqqdan qaçar!
***
Zahirdən batinə yol var.
***
Zahiri gözəllik müvəqqətidir.
***
Zahiri gözəl, batini-çirkin.
***
Zəlzələni görən yanğına razı olar.
***
Zəmanə adamı deyil.
***
Zəmanə adamı öyrədir.
***
Zəmanə dəyişdikcə adamlar da dəyişir.
***
Zəmanə ilə hesablaşmaq gərəkdir.
***
Zəmanəyə uymaq gərək.
***
Zənburun dəvəsidir.
***
Zəngbar talanı deyil ki?!
***
Zər qədrini zərgər bilər.
***
Zər ilə olan, zor ilə olmaz.
***
Zərd bəzərəkdən (kətan toxumundan) yağ çıxardar.
***
Zərər zəhərdən acı olar.
***
Zərər oddan yamandır.
***
Zərərdən qorxan dükan açmaq.
***
Zərərdən qorxan xeyr görməz.
***
Zərərin bir başı var.
***
Zərərin yarısından qayıtmaq da xeyirdir.
***
Zəri də var, zoru da.
***
Zərgər dükanının tozu da qızıl olar.
***
Zərlə gözəllik almaq olmaz.
***
Zərrə qədər iman, dünya qədər günah.
***
Zərurət insana hər şeyi öyrədər.
***
Zərrəcə eşqi olanın dəryaca tabı gərək.
***
Zəhər zəhəri öldürər.
***
Zəxirəsin (ərzağın) fikr eyləyən peşiman olmaz.
***
Zəhər gələndə acı qaçar.
***
Zəhmət yemək istəmir, amma özü yedirdir.
***
Zəhmət olan yerdə qeybət olmaz.
***
Zəhmət-torpaqda, nemət-süfrədə.
***
Zəhmət çəkən bal yeyər.
***
Zəhmət çəkməyən bal yeməz.
***
Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.
***
Zəhməti bülbül çəkər, gülü qucar xar.<
***
Zəhməti məşşatə çəkər, ləzzəti damal aparar.
***
Zəhməti sevən işdən doymaz.
***
Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir.
***
Zəhmətsiz iş olmaz.
***
Ziyan ağudan acıdır./p>
***
Zimistan çəkməyən bülbül baharın qədrini bilməz.
***
Zindan olub altda qalmaqdansa, çəkic ol, üstdə ol.
***
Zindana səbr eyləyən, axır taxta çıxar.
***
Zirəyə getdin çörək götür, Zirədən çıxdın ayaq götür.
***
Zirək quş dimdiyindən tələyə düşər.
***
Zirəklik comərdlik gətirər.
***
Zirəm, sənə su verrəm, bu gün verrəm, sabah verrəm, özüm billəm.
***
Zirəni Kirmana aparır.
***
Zor qapıdan girəndə, dad bacadan çıxar.
***
Zor ilə köpək sürüyə getməz.
***
Zor ilə gözəllik olmaz.
***
Zor gələndə qanun qaçar.
***
Zor oyunu pozur.
***
Zora dağlar dayanmaz.
***
Zora xanların da borcu var.
***
Zorlu-zorlu, çaxmaqdı, qozdu, əvvəldən eşqi vardı
indi vurdu soyudu.
***
Zorən təbib olmaz.
***
Zorla gedən köpək qoyuna fayda verməz.
***
Zorla qoyuna gedən köpəyin qoyuna nə faydası?
***
Zehnim kor olub.
***
Zurna görür-zurnaya yapışır, dəf görür-dəfə.
***
Zurnada pişro olmaz, bəxtinə nə çıxsa çal.
***
Zurnanı versən naşı əlinə, gen tərəfdən püfləyər.
***
Zurnanın səsi uzaqdan xoş gələr.
***
Zurnaçı dəfli olar.
***
Zurnaçı zorunu püfünə verər.
***
Zurnaçı oğlu zurnaçı olar.
***
Zurnaçının göz nəyinə gərək?
***
Zülm ərşə dayanıb!
***
Zülm yerdə qalmaz.
***
Zülm ilə abad olan, bir gün gələr bərbad olar.
***
Zülm ilə bərbad olan, ədl ilə abad olar.
***
Zülmət daşıdır:
götürən də peşmandır, götürməyən də.
***
Zülmün axırı olmaz.
***
Zınqırovlu dəvə itmək.
***
Zınqırovu pişiyin boynuna kim asacaq?