Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Atalar sözləri .: Y hərfi ilə başlayan atalar sözləri

Y hərfi ilə başlayan atalar sözləri

Yağ yağa qarışdı, yarmalar yavan qallı.

***

Yağışdan çıxdıq, yağmura düşdük.

***

Yağmasan da gurulda.

***

Yazda çalan qışda oynar.

***

Yalan ayaq tutar, yeriməz.

***

Yalan danışan hamını qanmaz bilər.

***

Yalan ilə dünyanı gəzmək olar, qayıtmaq olmaz.

***

Yalan ki var, doğrunun quludur.

***

Yalan söz üz qızardar.

***

Yalançını mənzilinədək qov!

***

Yalançının evinə od düşdü, heç kəs inanmadı.

***

Yalançının üzü qara olar.

***

Yalançının hafizəsi olmaz.

***

Yalançı tamahkarı aldadar.

***

Yalvarmaqdan sözdən olduq, gözləməkdən gözdən.

***

Yaman dil başa bəladır.

***

Yaman yeyənin olsun, yaman deyənin olmasın.

***

Yanan də mən, yaman də mən.

***

Yanan yerdən tüstü çıxar.

***

Yanında igid olsun, kol dibi evin olsun.

***

Yatma tülkü daldasında qoy yesin aslan səni.

***

Yaxşı at nalı gözlər, yaxşı igid dalı.

***

Yaxşı dostu yaman gündə sına.

***

Yaxşı igid dayısına çəkər, xatın qız xalasına.

***

Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın.

***

Yeddi ayda bir qarış, bir ayda yeddi qarış.

***

Yeməyə kömək, işləməyə də kömək.

***

Yeməyin qulu, işləməyin xəstəsi.

***

Yel aparan yelinki,

Yerdə qalan mənimki.

***

Yeməkdən ümid yaxşıdır.

***

Yeməklə dost olan illərlə küsülü qalar.

***

Yemə namərd çörəyini, axırda başına vurar.

***

Yerin də qulağı var.

***

Yerlərdir haman yerlər,

Görünməz oldu ellər.

***

Yer oturan adamla şərəflənər.

***

Yersiz gəldi, yerli qaç.

***

Yiyəsinə baxıb atın nallayarlar.

***

Yıxılan ağaca balta çalan çox olar.

***

Yıxılanı vurmazlar.

***

Yoldan çıxanı yol vurar.

***

Yoldaşını nişan ver, özünü tanıt.

***

Yorğanına bax, ayağını uzat.

***

Yurddan çıxsan da, eldən çıxma.

***

Yuxarı başda yer yoxdur, aşağı başda da oturmur.

***

Yuxarı evə baxıb, aşağı evi yıxma.

***

Yüz ölç, bir biç.

***

Yüyürək at özünə qamçı vurdurmaz.

***

Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır.

***

Yükünü yığdı təpəyə, elə arxa çevirdi.
 
 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Z hərfi ilə başlayan atalar sözləri
Zalıma rəhm etmək, məzluma...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 139   
article Q hərfi ilə başlayan atalar sözləri
Qabaq dinən bilsə ki, sonra...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 208   
article K hərfi ilə başlayan atalar sözləri
Kamil bağban çəkər...

  10-6-2007    Baxılıb: 216