Vay bu başdan, vay o başdan.
***
Vay o kişinin halına ki, yeməyə, içməyə, saxlaya arvadının sonraki ərinə.
***
Vay o gündən ki, adamın öz iti özünü qapa.
***
Vay o gündən ki, varlı adam yoxsulun əlinə düşsün.
***
Vay o gündən ki, çörəkçi çəkmə tikə, çəkməçi çörək yapa.
***
Vay o sürüsünün halına ki, canavardan çobanın təyin edələr.
***
Vay ondadır ki, varlı evinə yoxsul girə.
***
Vay ölənin halına.
***
Var adama oyun öyrədər.
***
Var axar, yox baxar.
***
Var var üstündən gələr.
***
Var evi - kərəm evi, yox evi - vərəm evi.
***
Var günün dostu çox olar.
***
Vara var deyərlər, yoxa yox.
***
Vardan - yoxdan çıxıb.
***
Vardır pulun - hamı qulun, yoxdur pulun - açıqdır yolun.
***
Varı olan taxar, varı olmayan baxar.
***
Varını verən utanmaz.
***
Varını itirən az şey itirər, namusunu itirən çox şey.
***
Varlı arabasını dağdan aşırar, yoxsul düz yerdə yolunu çaşar.
***
Varlı varından pay versə, varsız da varlı olar.
***
Varlı yoxsullaşanda əlli il dəstgahını pozmaz.
***
Varlı kisəsini döyər, kasıb dizini.
***
Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır.
***
Varlı umduğunu yeyər, kasıb olduğunu.
***
Varlığa güvənməzlər.
***
Varlığa nə darlıq?!
***
Varlığa tələsən, yoxsulluğa tez düşər.
***
Varlığın sonu ilə yoxluğun sonu birdir.
***
Varlıya toxun keç, yoxsuldan qorun, keç.
***
Varlının arvadı öləndə yorğan döşəyi təzələnər, kasıbın arvadı öləndə yorğan-döşəksiz qalar.
***
Varlının varı gedər, muzdurun canı.
***
Varlının eşşəyi də yeyin gedər.
***
Varlının əlini bıçaq kəsəndə yoxsul köynəyini parçalar.
***
Varlının iti harın olar.
***
Varlının könlü oluncaya qədər kasıbın canı çıxar.
***
Varlının malı, kasıbın övladı.
***
Varlının torpağından çay keçər, kasıbınkından yol.
***
Varlının xoruzu da yumurtlayar.
***
Varlının çörəyi kasıbın çənəsini yorar.
***
Varsa əgər hünərin, hara getsən var yerin.
***
Varını verənin kisəsi boş qalar.
***
Vaxt atlı, biz piyada.
***
Vaxt vaxtı gözləyər.
***
Vaxt qənimətdir.
***
Vaxt qızıldır, bir dəqiqəsini də boş qoymaq olmaz.
***
Vaxt ikən oxu, aşıq, el gələr, tünlük olar.
***
Vaxt insana hər şeyi öyrədər.
***
Vaxtdan gileylənmə, vaxtın gedər.
***
Vaxtı boş olanın sözü çox olar.
***
Vaxtı itirsən hədər, görərsən böyük zərər.
***
Vaxtın qiyməti yoxdur.
***
Vaxtın qiyməti puldan bahadır.
***
Vaxtında atılan tüfəngin səsi vaxtsız atılan topun səsindən üstündür.
***
Vaxtında görülməmiş iş həmişə görülməmiş qalar.
***
Vaxtını itirən bəxtini itirər.
***
Vaxtsız açılan gül tez solar.
***
Vaxtsız banlayan xoruzun başını kəsərlər.
***
Vaxtsız qonaq öz kisəsindən yeyər.
***
Ver abbasını, ye halvasını.
***
Verdiyi abbasıya bax, etdiyi tələbə.
***
Verdiyi anda bax, gördüyü işə.
***
Verdiyin əl ilə al!
***
Verdiyin iki şahı, zərbaf çıxmayacaq ki!
***
Verdiyin sənindir, vermədiyin özgənin.
***
Verdim bir dana, aldım bir sona, ay qız anası, qal yana-yana
***
Verdin doydur, vurdun yıx.
***
Verən əl alan əlin üstündə olar.
***
Verən əl ac qalmaz.
***
Verən əli də var, vuran əli də.
***
Verən əli hər kəs öpər.
***
Verəndə imam olur, alanda Şümür.
***
Verəndə elə verər, alanda belə alar.
***
Verəndə yaxşısan, verməyəndə pis.
***
Verərsən adındır, yeyərsən dadındır dala qoyulanı it yeyər.
***
Verərsən ətdən-mətdən, işlərəm bərkdən-bərkdən, verərsən şordan-mordan, işlərəm ordan-burdan.
***
Verərsən pendir, eylərəm kəndir, verərsən aş, eylərəm baş.
***
Verib yaman olunca, verməyib yaman ol.
***
Verilən aşı yeyərlər.
***
Verim vara baxmaz.
***
Verim əli hamı əldən ucadır.
***
Verirlər al , döyürlər qaç.
***
Vermə nisyə, girməz kisəyə.
***
Vermədi Məbud, neyləsin Mahmud?!
***
Verməz doqquzu, yeyər toppuzu, verər otuzu.
***
Vədə xilaf olma.
***
Vədəsi bitmiş nökərin əcəli yetən ağası gərək.
***
Vəziri qarğa olanın ağzı zibillikdə olar.
***
Vəzifə daimi deyil.
***
Vəzndə yüngül, qiymətdə ağır.
***
Vəz oxumaq asan işdir, əməl eləyən gərək.
***
Vəl gərək gözəl döyə, gözəldən buğda çıxa.
***
Vələ gedən öküzün olsun, işə getməyən oğlun olmasın.
***
Vəsiyyət yüngüllükdür.
***
Vəsmə bol olanda qaşa da çəkərlər, gözə də.
***
Vətən elin evidir.
***
Vətən mülkü doğmadır, özgə diyar ögey.
***
Vətəndən ayrı düşsəm, viran ollam, talannam.
***
Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir.
***
Vətənə gəldim, imana gəldim.
***
Vətənə məhəbbət iman əsəridir.
***
Vətəni yadına düşən qərib ağlamasın, neyləsin?
***
Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır.
***
Vətənin sevməyən insan olmaz, olsa, ol şəxsdə vicdan olmaz.
***
Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.
***
Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
***
Vicdan bazarda satılmaz.
***
Vicdanla işləyən gözükölgəli olmaz.
***
Vücudu dönüb kimyaya.
***
Vücudu bir qəpiyə dəyməz.
***
Vur babam, dövran sənindir.
***
Vur dedim, öldür demədim ki?
***
Vur qırxı, gedər qorxu.
***
Vur deyənlə, vuran yarıdır.
***
Vura bilməyən daşın böyüyünü götürər.
***
Vuran əlin var olsun!
***
Vuran əlin dirəyidir.
***
Vuran igid dayısına gəyişməz.
***
Vuran öküzə allah buynuz verməz.
***
Vuraram ölər, kiş deyərəm getməz.
***
Vurur daşa, çıxır başa.
***
Vuruşun kor vuruşuna oxşamır.