Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Atalar sözləri .: U hərfi ilə başlayan atalar sözləri

U hərfi ilə başlayan atalar sözləri

Uzaqdan baxana döyüş asan gələr.

***

Uzaqdan zurna səsi xoş gələr.

***

Uman yerdən küsərlər.

***

Ustadına kəc baxanın gözlərinə qan damar.

***

Usta görməyən şagirdin gözü əllərdə qalar.

***

Ucuz ətin şorbası olmaz.

***

Uçan damın böyüklüyü, bünövrəsindən bilinər.

***

Uşaq atadan yox, anadan yetim qalar.

***

Uşaq atasını hamıdan güclü bilər.

***

Uşağa buyur, ardınca yüyür.

***

Uşağa uşaq deyiblər, böyüyə böyük.

***

Uşaq evin yaraşığıdır.

***

Uşaq gördüyün götürər, eşitdiyini deyər.

***

Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar.

***

Uşaq sözün düzünü deyər.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Z hərfi ilə başlayan atalar sözləri
Zalıma rəhm etmək, məzluma...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 139   
article Q hərfi ilə başlayan atalar sözləri
Qabaq dinən bilsə ki, sonra...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 208   
article K hərfi ilə başlayan atalar sözləri
Kamil bağban çəkər...

  10-6-2007    Baxılıb: 216