Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Atalar sözləri .: T hərfi ilə başlayan atalar sözləri

T hərfi ilə başlayan atalar sözləri

Tazıya tut deyir, dovşana qaç.

***

Tez duranla tez evlənən uduzmaz.

***

Təkədə qoç hünəri olmaz.

***

Tək əldən səs çıxmaz.

***

Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram"

Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram"

***

Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.

***

Tənbəllik azar artırar, işləmək canı saf eylər.

***

Tikan olub ayağa batınca, gül ol, yaxaya sancıl.

***

Toydan sonra nağara, xoş gəldin, Bayram ağa.

***

Toyun əvvəlində getmə, axırına da qalma.

***

Tor atan balıq tutar, nə böyüyü, nə kiçiyi.

***

Torpaqda itki olmaz,

Kötüksüz bitki olmaz.

***

Torpaq deyər: "Öldür məni,dirildim səni!"

***

Tula itdən də murdar.

***

Tutub ucundan, gedir ucuzluğuna.

***

Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoyalar.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Z hərfi ilə başlayan atalar sözləri
Zalıma rəhm etmək, məzluma...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 139   
article Q hərfi ilə başlayan atalar sözləri
Qabaq dinən bilsə ki, sonra...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 208   
article K hərfi ilə başlayan atalar sözləri
Kamil bağban çəkər...

  10-6-2007    Baxılıb: 216