Övlad ya ataya, oxşar, ya anaya.
***
Öz anasını sevməyən özgə anasını sevməz.
***
Özgə evində koxalıqq eləməzlər.
***
Özgə atına minən tez düşər.
***
Özgə buzovunu güdənin çatısı əlində qalar.
***
Özgə quyu qazan özü düşər.
***
Özgəsinə göz qoyan özününkünü itirər.
***
Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər.
***
Öz gözündü tiri görmür, özgə gözündə qıl axtarır.
***
Ölər Koroğlu, getməz bu yurddan.
***
Ölüdən də pay istəyir.
***
Ölünü öz başına qoyarsan, vurar kəfənin yırtar.
***
Ölmə eşşəyim ölmə, yaz gələr yonca bitər.
***
Örtülü bazar, dostluğu pozar.