Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Atalar sözləri .: N hərfi ilə başlayan atalar sözləri

N hərfi ilə başlayan atalar sözləri

Nadiri taxtda görüb, Suleymanı qundağda.

***

Namərddən keç, mərddə dur.

***

Namərdə yaxa vermə, mərdə arxa ol.

***

Namərdi bir gördüm, bir də görsəm namərdəm.

***

Namərdin otağından, mərdin ağac kölgəsi.

***

Namərdin plovundan, mərdin qatıq aşı.

***

Namərd gəlib mərd olmaz, boyunca qızıl qala.

***

Namərdə tuş gələnin işi düyünə düşər.

***

Neylərəm qızıl taxtı, bir qızıl baxtım olsun.

***

Nə qoyuna gedər, nə qapıda hürər.

***

Nəğdi qoyub, nisyə dalınca düşmə.

***

Nə doğrarsan aşına, o çıxır qaşığına.

***

Nə əkərsən, onu biçərsən.

***

Nə yada sirrini ver, nə namərdə bel bağla.

***

Niyyətin hara, mənzilin ora.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Z hərfi ilə başlayan atalar sözləri
Zalıma rəhm etmək, məzluma...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 139   
article Q hərfi ilə başlayan atalar sözləri
Qabaq dinən bilsə ki, sonra...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 208   
article K hərfi ilə başlayan atalar sözləri
Kamil bağban çəkər...

  10-6-2007    Baxılıb: 216