Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Atalar sözləri .: M hərfi ilə başlayan atalar sözləri

M hərfi ilə başlayan atalar sözləri

Meşə çaqqalsız olmaz.

***

Mərddən bir xəta, namərddən min.

***

Mərd əli kasad olmaz.

***

Mərdi qova-qova namərd eləmə.

***

Mərd igidlər süfrə açar, ad alar.

***

Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyanbangərd olar.

***

Mərdin gözü tox olar, namərdin gözü ac.

***

Mərd mərdi qanar,

Bərkdə oduna yanar.

***

Mərd özündən bilər, namərd yoldaşından.

***

Mərd çörəyini daşdan çıxardar.

***

Məscid tikilməmiş kor əsasın dayadı.

***

Miyançının kisəsi gen olar.

***

Milçək bir şey deyil, könül bulandırır.

***

Molla alacağın unutmaz.

***

Molla acgöz olar.

***

Molla aşı gördü, yasini yadından çıxartdı.

***

Molla bəyə qoşuldu, xalqın evi yıxıldı.

***

Molla qarınqulu olar.

***

Molladan adam,

Palıddan badam!

***

Molla dinindən dönər, danasından dönməz.

***

Molla ilə oturub-duran axırda mürdəşir olar.

***

Mollaya dedilər: "Almaqla necəsən?" Dedi: "Alıçı quş kimi"

"Verməklə necəsən?" Dedi: "Söz qəhətdir başına?"

***

Molla kitabdan kitaba salar, halal eylər, yeyər.

Mollanın qarnı beşdir, həmişə biri boşdur.

***

Mollanın evi onda yıxıldı ki, iki yerə və'dəsi alındı.

***

Mollanın gözü dörd olar.

***

Mollanın saqqalı uzun olar, ağlı qısa.

***

Mollanın çörəyi ilə ilanın ayağı görünməz.

***

Molla tuluq zurnasıdır, qarnı dolmasa səsi çıxmaz.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Z hərfi ilə başlayan atalar sözləri
Zalıma rəhm etmək, məzluma...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 139   
article Q hərfi ilə başlayan atalar sözləri
Qabaq dinən bilsə ki, sonra...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 208   
article K hərfi ilə başlayan atalar sözləri
Kamil bağban çəkər...

  10-6-2007    Baxılıb: 216