Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Atalar sözləri .: K hərfi ilə başlayan atalar sözləri

K hərfi ilə başlayan atalar sözləri

Kamil bağban çəkər bağın səfasın.

***

Kasıblıq eyib deyil, oğurluq eyibdir.

***

Kasıb öləndə molla xəstə olar.

***

Keçənə güzəşt deyərlər.

***

Köçən yurdun qədrini, düşən yurdda bilərlər.

***

Keçi can hayında, qəssab piy hayında.

***

Keçmə namərd körpüsündən qoy aparsın sel səni.

***

Kələk ilə gələn, külək ilə gedər.

***

Kişinin sözü bir olar.

***

Kim əkdi, kim becərdi, kim dedi bağ mənimdir.

***

Kiminin əvvəli, kiminin axırı.

***

Kifirə sabun, dəliyə öyüd neyləyər.

***

Kiçikdən xəta,

Böyükdən əta.

***

Kişi sözü üzə deyər.

***

Kişi tüpütdüyünü yalamaz.

***

Kişini tez qocaldar axşamdan yatan arvad.

***

Kişinin özünə baxma, sözünə bax.

***

Kişiüzlü arvaddan, arvadüzlü kişidən həzər.

***

Kor kor, gör gör.

***

Kor tutduğun buraxmaz.

***

Könülsüz işin axırı olmaz.

***

Köpəyin qarnı tox gərək.

***

Kötük üstündə çox budaqlar doğranıb.

***

Köpək araba kölgəsində yatar, elə bilər öz kölgəsidir.

***

Köhnə kəndə təzə nırx qoyur.

***

Külək kimi hərdən bir tərəfə əsmə.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Z hərfi ilə başlayan atalar sözləri
Zalıma rəhm etmək, məzluma...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 139   
article Q hərfi ilə başlayan atalar sözləri
Qabaq dinən bilsə ki, sonra...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 208   
article İ hərfi ilə başlayan atalar sözləri
İlanı Seyidəhməd əli...

  10-6-2007    Baxılıb: 214