İlanı Seyidəhməd əli ilə tutur.
***
İki qoçun başı bir qazanda qaynamaz.
***
İki canbaz bir ipdə oynamaz.
***
İgidin vurmamazlığına bax, daşın böyüyündən yapışar.
***
İgidlik döyüşdə mə'lum olar.
***
İgidlik ondur: biri zordur, doqquzu fənd.
***
İgid oğul düşmənə əyilməz.
***
İgid odur atdan düşə atlana,
İgid odur hər yaraya qatlana.
***
İgid ölər adı qalar: müxənnətin nəyi qalar?
***
İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı.
***
İgid arxasında igid gizlənər.
***
İgid ağzını açmaz, əlini açar.
***
İgid qovqasız olmaz.
***
İgid igidə xor baxmaz.
***
İgid ilqarından, dəvə ovsarından.
***
İgidin başı qalda gərək.
***
İgidin əli işdə gərək.
***
İgidin yaraşığı sınaqdır.
***
İgidin süfrəsi açıq olar.
***
İgidin ürəyi haça olar.
***
İlqarı olmayanın imanı da olmaz.
***
İnsan ölər, söz qalar.
***
İnsan olmayan insan qədrini nə bilər?!
***
İpək bir, sağan iki.
***
İnsan istəsə dağı dağ üstə qoyar.
***
İstəyirsən bol çörək-al əlinə bel, kürək...
***
İstədi qaşın qayıra, vurdu gözün çıxartdı.
***
İstədi çıxa dağ başına, daş düşdü sağ başına.
***
İstəyənin bir üzü qara, verməyənin iki üzü.
***
İstək gözdə olar, məhəbbət ürəkdə.
***
İstərəm dosta varam, əlim boş, üzüm qara.
***
İt dəmirçi dükanından nə aparar?
***
İt də getdi, ip də getdi.
***
İtdən çox çarıq aparan olmaz, yenə ayağı yalındır.
***
İtin duası müstəcəb olsaydı, göydən yerə ət yağardı.
***
İçdin üzüm suyunu,
Tökdün üzün suyunu.
***
İş saqqala qalsa, keçiyə də axund deyərlər.
***
İşi başlayan yarıda qoymaz.
***
İşlək at arpasını artırar.
***
İşləməyən dişləməz.
***
İşləmək dərdindən yeməyə həsrət canım.
***
İşləməyən dəmiri pas tutar.
***
İş insanı safa çıxardar.
***
İş ustasından qorxar.
***
İşini möhkəm tut, qonşunu oğru tutma.
***
İş insanın cövhəridir.