Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Atalar sözləri .: H hərfi ilə başlayan atalar sözləri

H hərfi ilə başlayan atalar sözləri

Halva-halva deməklə ağız şirin olmaz.

***

Haray, üzülən canım,

İpə düzülən canım.

***

Hazırın naziri.

***

Hamam suyu ilə özünə dost tutur.

***

Haram malın bərəkəti olmaz.

***

Heç kəsin çırağı axıracan yanmayıb...

***

Heç bilmir harda bişib, deyir bir çömçə də bəri ver.

***

Hələ quyruğu qapı arasında qalmayıb.

***

Həyasızdan hayanı saxla.

***

Həmnişinin bab ilə,

Görən desin habelə.

***

Hər işi tutdun, insafı əldən qoyma.

***

Hər kəs nə eləsə, özünə elər.

***

Hər parıldayan qızıl olmaz.

***

Hər saatın bir hökmü var.

***

Hərzəkar ağız başa yumruq vurdurar.

***

Hər ağac öz dibinə kölgə salar.

***

Hər quşa öz yuvası doğmadır.

***

Hər kəsə öz vətəni əzizdir.

***

Hər kəsi el istəsə, bülənd olar, ucalar.

***

Hər yerindən duran özünü peyğəmbər sayır.

***

Hər oxuyan Molla Pənah olmaz.

***

Hər şeyin təzəsi, dostun köhnəsi.

***

Hər aydınlığın bir qaranlığı var,

Hər qaranlığın da bir aydınlığı.

Hər arzu yerinə yetməz.

***

Hər quşatan ovçu Pirim olmaz.

***

Hər deyilənə inanmazlar.

***

Hər işin öz yeri, hər sözün öz məqamı var.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Z hərfi ilə başlayan atalar sözləri
Zalıma rəhm etmək, məzluma...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 139   
article Q hərfi ilə başlayan atalar sözləri
Qabaq dinən bilsə ki, sonra...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 208   
article K hərfi ilə başlayan atalar sözləri
Kamil bağban çəkər...

  10-6-2007    Baxılıb: 216