Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Atalar sözləri .: G hərfi ilə başlayan atalar sözləri

G hərfi ilə başlayan atalar sözləri

Gah nala döyür, gah mıxa.

***

Gedər bağlar qorası, qalar üzlər qarası.

***

Gedər bu dövran sənə də qalmaz.

***

Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır.

***

Gədaya borclu olsan, bir toyda deyər, bir də yasda.

***

Gəlin bəzənincə, toy əldən gedər.

***

Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa.

***

Gəmidə oturub gəmiçi ilə vuruşur.

***

Goru var ki, kəfəni də ola.

***

Göz görmək üçün, ağıl bilmək üçün.

***

Gözünü qırpdın, sənin deyil.

***

Göz görmək üçün, könül sevmək üçündür.

***

Göz görmür, üz utanmır.

***

Gözü boynunun ardını görəndə...

***

Gündüz gəzər obanı,

Gecə sancar dabanı.

***

Günü günə satmazlar.

***

Gününü düyünləyib göy əsgiyə.

***

Gün batdı - bat, gün çıxdı - çıx!

***

Gün çıxdı, aləm gördü.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Z hərfi ilə başlayan atalar sözləri
Zalıma rəhm etmək, məzluma...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 139   
article Q hərfi ilə başlayan atalar sözləri
Qabaq dinən bilsə ki, sonra...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 208   
article K hərfi ilə başlayan atalar sözləri
Kamil bağban çəkər...

  10-6-2007    Baxılıb: 217