Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Atalar sözləri .: Ə hərfi ilə başlayan atalar sözləri

Ə hərfi ilə başlayan atalar sözləri

Ədəb bazarda satılmaz.

***

Ədəbi kimdən öyrəndin, ədəbsizdən.

***

Əvvəl arxı tullan, sonra bərəkallah de.

***

Əvvəl danış, sonra gül.

***

Əvvəldən nə idi hüsnü-camalı, indi olub dəli Bayramlı.

***

Əvvəl düşün, sonra danış.

***

Əvvəl zəhmət çəkən, sonra rahat olar.

***

Əzizim əziz, tərbiyəsi ondan əziz.

***

Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.

***

Əkiblər yemişik, əkərik yeyərlər.

***

Əldən qalan əlli il qalar.

***

Əli aşından da oldu, Vəli aşından da...

***

Əli ələ vurarsan, səs çıxar.

***

Əlindən bir iş gəlməyən on danışar.

***

Ərkəsöyün böyüyən oğul avara olar.

***

Əsli, nəcabəti olmayana qamçı neylər?

***

Əməksiz yemək olmaz.

***

Ətə pul verməz, küftənini böyüyündən yapışar.

***

Ət ilə dırnaq arasına girən iyiyər çıxar.

***

Əhl ilə daş daşı, naəhl ilə yemə aşı.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Z hərfi ilə başlayan atalar sözləri
Zalıma rəhm etmək, məzluma...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 139   
article Q hərfi ilə başlayan atalar sözləri
Qabaq dinən bilsə ki, sonra...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 208   
article K hərfi ilə başlayan atalar sözləri
Kamil bağban çəkər...

  10-6-2007    Baxılıb: 216