Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Atalar sözləri .: E hərfi ilə başlayan adlar

E hərfi ilə başlayan adlar

Ev alma, qonşu al.

***

Ev bizim, sirr bizim.

***

Eyibli öz eybini bilsə, başına kilim örtər.

***

Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.

***

El ağzını bağlamaq olmaz.

***

El ağzı faldır.

***

El arxası çəmən olar.

***

El atan daş dağdan aşar.

***

El atan daşa güc düşməz.

***

El tutanı ər tutar,

Ər atanı el atar.

***

El qapısı həm gec, həm güc açılar.

***

El bir olsa, zərbi kərən sındırar.

***

El dəlisini çölə atmaz.

***

El elə dayanıb, tənbəl indi oyanıb.

***

El elə sığışar, ev evə sığışmaz.

***

El elin aynasıdır.

***

Elə arxalanan igidin arxası yerə dəyməz.

***

Elə bilir yuxa arasında halva var.

***

Elə elə ki, nə şiş yansın, nə kabab.

***

Elə yerdə otur, altına su çıxmasın.

***

Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.

***

Eli dağlamaq olmaz,

Ağzın bağlamaq olmaz.

***

Elimə qalsın, günümə qalmasın.

***

Elin eybini saxlamayan sənin də eybini saxlamaz.

***

Elin gözü sərraf olar.

***

Elin gücü bir olsa, düşməni dara çəkər.

***

Elin oğlu yumurtaya qulp taxar.

***

El keçən körpüdən qorxma, sən də keç.

***

El köcdü, oba qaldı.

***

El gözündən düşən boy atmaz.

***

El gözündən düşən gözsüz qalar.

***

El gücü, yel gücü, sel gücü.

***

Ellərə gülən canım, indi olub el gülüncü.

***

Elm ağılın çırağıdır.

***

Elmin gücü,

Yıxar bürcü.

***

El oğrusuz, çöl qurdsuz olmaz.

***

El öz dəlisini tanıyar.

***

El sevəni aləm sevər.

***

Elsiz dağ viranədir.

***

El tikəni yel yıxa bilməz.

***

El harda, sən də orda.

***

El çalan zurnanın səsi uzağa gedər.

***

Ehtiyat igidin yaraşığıdır.

***

Ehtiyatlı oğulun anası ağlamaz.

***

Eşitdiyinə inanma, gördüyünə inan.

***

Eşşək palçığa bir dəfə batar.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article N hərfi ilə başlayan adlar
Ad

  10-3-2007    Baxılıb: 2271   
article O hərfi ilə başlayan adlar
Ad

  10-3-2007    Baxılıb: 906   
article Ö hərfi ilə başlayan adlar
A

  10-3-2007    Baxılıb: 919