|
Bir Eşşək sübh tezdən Bülbül nəğməsi eşidir. Onun səsinə məftun olur. Eşşək Bülbüldən xəbər alır: - Dostum, mənə de görüm, sən hər səhər nə yeyirsən ki, səsin belə gözəl çıxır? Bülbül deyir: - Mənim səhər yeməyim şehdən, havadan ibarət olur. Eşşək də Bülbül təki məlahətli səsə malik olmaq istəyir. Odur ki, hər cür qidadan imtina edir. Hər səhər cəhəngini aralayıb doyunca hava, şeh udur. Bir neçə gündən sonra oradaca gəbərir.
|
|
Məqalə
|
505
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
   
|
|