Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Təmsillər .: Eşşəklə At

Eşşəklə At

   Sahibkarın Eşşəyi ilə bir Atı varmış. Lakin onların taleyi eyni deyilmiş. At tövlədə işsiz dayanırmış, onu yaxşı yedirdərmişlər, yalını bəzəyərmişlər. Hər gün də çimdirərmişlər. Eşşək isə ağır işlər görməkdən təngə gələrmiş. Gün çıxandan, gün batana kimi yük daşıyarmış, sahibi onun qayğısına da qalmazmış. Ancaq zəmanə də dəyişir. 
Müharibə olur, sahibkar Atı minib döyüşə gedir. Vuruşda At ölür. Eşşək bunu eşidib deyir:
- Mən həmişə ata paxıllıq edirdim. Görünür, mənim baxtım bunda gətirmişdir.
 

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?