Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Təmsillər .: Qurd, Tülkü, Şir

Qurd, Tülkü, Şir

  Qurd, Tülkü, Şir birlikdə ov etmək qərarına gəlirlər. Onların işi yaxşı gətirir. Onlar Keçi, Maral, bir Dovşan ovlayırlar.
 
   - Ovu sən böl, - deyə Şir Qurda müraciət edir. Ancaq insafla böl.
    - Yaxşı, - deyə Qurd razılaşır. - Mən belə məsləhət görürəm ki, Keçini sənə verək. Dovşanı Tülküyə, Maralı da özüm götürüm.
   Şir bunu eşitcək hirslənib Qurdu parçalayır.
   - İndi sən böl, - deyə Şir Tülküyə müraciət edir. Ancaq insafla böl.
   Tülkü deyir :
   - Baş üstə. Qoy Keçi səhər yeməyin olsun. Dovşan naharına, Maral isə şamına qalsın.
   Şir deyir :
   - Bax, bu oldu düz. Sənə belə insafla bölməyi kim öyrədib?
   Tülkü deyir :
   - Ey mənim hökmdarım, mənə bunu sənin qabağında parçalanıb uzadılmış Qurd qardaşım öyrətmişdir.

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Qurd
Qurda dedilər: -Gəl səni qoyuna...

(Səs verilməyib)  10-5-2007    Baxılıb: 106   
article Qurd, Tülkü, Dovşan
   Bir Qurd, Tülkü, Dovşan bir...

(Səs verilməyib)  10-5-2007    Baxılıb: 126   
article Tülkü və qurd
Oldu bir yolda tülkü qurda...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 88