|
Bir Qurd, Tülkü, Dovşan bir Quzu tuturlar. Ovu kimə versinlər? Qərara gəlirlər ki, kim öz böyüklüyünü sübut etsə, Quzunu o yeyəcək. Birinci Dovşan danışır : - Mən anadan olanda allah hələ göyü, yeri yaratmamışdı. Tülkü deyir : - Tamamilə doğrudur, təsdiq edə bilərəm, çünki sən doğulanda mən orada idim. Qurd deyir : - Siz ikiniz də haqlısınız, məgər mənim bədənim, caynaqlarım, dişlərim kimin hamıdan yaşlı olduğunu bildirmir? Qurd quzunu parçalayıb yeyəndə Tülkü ilə Dovşan bir ağızdan qışqırırlar : - Sənin hamıdan böyük olduğun tamamilə inandırıcıdır.
|
|
Məqalə
|
502
|
|
Yazılma tarixi
|
10-5-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|