Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Mətbəx .: Yeməklər .: TOYUQ PLOV

TOYUQ PLOV

Lazım olan ərzaqlar:

Toyuq - 187 q.

Düyü - 100 q.
Baş soğan - 50 q.
Zərinc - 10 q.
Ərinmiş yağ - 40 q.
Kişmiş - 30 q.
Zə"fəran - 0.1 q.
Döyülmüş istiot - 0.05 q.
Döyülmüş darçın - 0.2 q.
Duz - 4 q.

Hazırlanma qaydası

Düyünü qaynadıb süzürlər, üstünə zə"fəran gəzdirirlər və zirə səpirlər. Toyuğu təmizləyib azacıq duzlu suda pörtürlər. Axta-zoğalı 20-30 dəqiqə suda isladıb sonra xırda-xırda doğrayırlar. Soğanı narın doğrayıb qızardırlar, sonra oraya zoğal, kişmiş tökürlər, bir qədər zə"fəran vururlar, darçın, istiot səpirlər və 10 dəqiqə də qızardırlar. Bu qatışığı toyuğun içinə doldururlar, toyuğun üzünə isə zə"fəran çəkirlər. Qazana yağ töküb qızdırırlar, süzülmüş düyünün az bir hissəsini qazana tökürlər, sonra, içi doldurulmuş toyuğu qoyurlar, qalan düyünü üstdən töküb qazanın qapağını kip örtür və dəmə qoyurlar. Düyü dəm aldıqdan və toyuq bişdiqdən sonra plovu boşqablara çəkirlərç Hər boşqaba bir parça toyuq və bir qədər də toyuq içindən əlavə edib, yanına qazmaq qoyur və üstünə darçın səpirlər.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Toyuq
   Bir gün bir toyuğu taxıl...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 166   
article Əriştəli toyuq şorbası
Lazım olan ərzaqlar:800 qr toyuq.120...

  9-30-2007    Baxılıb: 311   
article Ali müşümbe plov
Lazım olan ərzaqlar:Qoyun əti -...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 176