Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Bağlamalar

Bağlamalar

Sual:

A hərri, hərri, hərri,

Dağda dəyirman yeri,

Quşlarda necə quşdu,

Ağzı ardınnan geri?

Cavab:

 A hərri, hərri, hərri,

Dağda dəyirman yeri,

Qısqanc adlı bir cücü,

Ağzı ardınnan geri.

***

Sual:

Aşıq eldən yuxarı,

Cığa teldən yuxarı,

Quşlardan hansı quşdu,

Dizi beldən yuxarı?

Cavab:

 Aşıq eldən yuxarı,

Cığa teldən yuxarı,

Cəyirtgədir eşit sən,

Dizi beldən yuxarı.

***

Sual:

Birdən bar gətirir, birdən tökülür,

Birdən çadır qurur, birdən sökülür.

Birdən sərv olur, birdən bükülür.

Onu bilən idrak nədi, huş nədi?

Cavab:

 Qış, dağı qar alır, əriyir yazda,
Sularda buz donur soyuq ayazda

Ürək hərdən büküləndi az-az da

Onu bilən fəhm, kamal huş olur.

***

Sual:

Zülfün ucu gümüşdür,

Sal boynuna ilişdir.

Tapmacanı tap görüm,

Yarpaqsız nə yemişdir?

Cavab:

 Zülfün ucu ilandır,

Sal boynuna dolandır,

Tapmacanı tapmışam,

Yarpaqsız dombalandır.

***

Sual:

Mənə xəbər ver bir görüm, ay Cəlal,

Nə qılıncdır yaralayar gözü yox?

O nədir ki, tanrı dülgər yaratdı?

Onun amma dürgərlikdə əli yox?

Cavab:

 Sənə xəbər verim indi, ay dərdli,

Söz qılıncdır yaralayar gözü yox.

Çəyirtgəni tanrı dülgər yaratdı,

Onun amma dülgərlikdə özü yox

***

Sual:

O kim idi kəsdi onu yağılar?

O nədir ki, doğmaz özü doğular?

O nədir ki, altı ayaqları var?

O nədir ki, göz yerində gözü yox?

Cavab:

 Nəsimidi kəsdi onu yağılar,

O qatırdı özü doğmaz, doğular,

Tərəzidir, altı ayaqları var.

Cüt başlıdır, göz yerində gözü yox.

***

Sual:

O nədi ki, gecə-gündüz laxlıyar?

O nədi ki, hər nə versən saxlıyar?

O nədi ki, kişiləri haxlıyar?

Al cavabın usta söylə başqasın.

Cavab:

 O geyimdir gecə-gündüz laxlıyar.

O torpaqdı, hər nə versən saxlıyar.

O bilikdi kişiləri haxlıyar.

Al cavabın usta söylə başqasın.

***

Sual:

Usta bilirmisən elmin başını,

Nə ilə kəsərlər gözün yaşını?

O nədir ki, kəsər özü başını?

Bunu bilən aşıq ustad olmuşdur.

Cavab:

Səbirdə bilərlər elmin başını,

Təvəkküldü kəsər gözün yaşını

Buludlardı kəsən özü başını,

Bunu bilən ustad aşıq olmuşdur.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?