Xonçaya qoydum balığı,
Al boyadım ortalığı,
Gərdişə sal çalmalığı,
Çünki gəlibdi Firuz.
Xoş keçəcəkdi Novruz.
***
Taxçaya qoydum çırağı,
Rövşən eyləsin bucağı,
İşıqlandırsın otağı,
Çünki gəlibdi Firuz,
Xoş keçəcəkdi Novruz.
***
Üsküdü bu, çərşənbədi,
Atəş yanır şövnəmdədi,
Zərdüşt deyir kölgəmdədi,
Çünki gəlibdi Firuz,
Xoş keçəcəkdi Novruz.
***
Taxçaya qoydum noxudu,
Sanadım biri yox idi.
“Zondanı”, “Həfti” oxudu,
Çünki gəlibdi Firuz,
Xoş keçəcəkdi Novruz.
***
Süfrəyə qoy simuzəri,
Əlavə eylə təbəri,
Zonfovuş oxur “Ögər”i,
Çünki gəlibdi Firuz,
Xoş keçəcəkdi Novruz.
***
Atəşə səp üzərliyi,
Qarnıyarıq bəzərliyi,
Süxt eləsin əyərliyi,
Çünki gəlibdi Firuz,
Xoş keçəcəkdi Novruz.