Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Azərbaycan .: Bayramlar .: Qurban bayramı

Qurban bayramı

Dini qurban kəsmə bayramı – Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir və bütün müsəlman aləmində hər il qeyd olunur. Bu il bu bayram bizdə fevralın 1-də qeyd olunmağına baxmayaraq, müsəlman tarixi hesabına əsasən gələn bayram bu ilki bayramdan 10 gün əvvəl qeyd olunur.
Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi islamdan da əvvəl mövcüd olub, lakin o vaxtlar günahı təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.
Hicrinin (Məhəmməd peyrəmbərin Məkkədən Mədinəyə köçən il) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyatçılıq, başqalarına kömək etməsi kimi rəmzlər yarandı.
Dini qurban kəsmə İbrahim peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, İbrahim peyğəmbər yuxusunda görür ki, Allah-təala ona əmr edir ki, oğlu İsmayılı qurban versin (onların Allaha inamını yoxlamaq üçün). Ibrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa hazır idi. Bu haqda Quranda yazılmışdır.
Qurban bayramda hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: “Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır”.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Sənə qurban
Deyirsən yanında qalacağam...

  10-17-2007    Baxılıb: 152   
article Qurban və onun hökmləri
بسم...

  9-30-2007    Baxılıb: 198   
article Özünə Qurban - Faiq Ağayev
Qözünə qurban,...

(Səs verilməyib)  10-19-2007    Baxılıb: 148