Babalarımızın düşünüşünə görə. Ulu Tanrı dünya-aləmi NOVRUZ günü xəlq eyləmiş, məhz bu müğarək gündə yer üzündə Həyat və İnsan yaranmışdır. Bunlarla yanaşı, xalqımız bir sıra peşə və sənətlərin ibtidasını da ilin ilk günü ilə əlaqələndirmişdir. Ötən zamanların yazılarından məəlum olur ki, insanların gözlərindən yaş axıdan, qəlblərində kədər və sevinc oyadan gözəl MUSİQİ sənəti də, sən demə NOVRUZ günü ərsəyə gətirilmişdir. * Xİİİ yüzilə aid bir qaynaqda deyilir ki, guya yastı balaban çalğı alətini xatırladıb, ördək kimi enli və uzun dimdiyində yeddi dəlik olan k ə k n u s adlı bir əcaib quş ildə ikicə dəfə – bir hər şeyin təzələnməsi dövrü, gül-çiçək açılan çağı NOVRUZda, bir də şərab mövsümü XƏZAN // SONBƏHƏR bayramında hədsiz dərəcədə nəəşələnir, şadlanıb fərəhlənərək ehtizaza gəlir və bahar yeli əsdikcə onun dimdiyindəki dəliklərdən 70 cür səs çıxmağa başlayır ki, səsin məlahəti və gözəlliyinə görə, heç bir heyvan yaxud quş səsilə müqayisə edilməli deyil. Belə hesab edilir ki, «ərğənun» (orqan) çalğı aləti və ümumilikdə MUSİQİ sənəti, guya öz ibtidasını yazın ilk günü həmin əcaib-qəraib quşun çıxardıqı səslərdə tapmışdır. Sonralar həm də m u s i q a r adı ilə tanınan bu quşa və onun təsvirinə, şərq musiqisini təmsil edən bir «rəmz» kimi baxmışlar. * Digər bir rəvayətə görə, guya bir zamanlar yeddi alimin ağac və qamışdan hazırladıqı 7- 8 borulu «cıncıq» çalğı aləti, hardasa çobantütəyi səsi çıxarmaqla, musiqar quşun oxumasını yamsılamışdır. Quşun «əvəzi» sayılan bu musiqi aləti (Avropada ona «Panın fleytası» deyirlər) əski el adətinə görə, NOVRUZ şənliklərində mütləq səslənməliydi, bayram onsuz təsəvvür olunmurdu. Həmin alət və ümumiyyətlə, şərq aləmində musiqilə məşğul olanlar bu quşun şərəfinə «musiqar» adlanırdılar. * Milli miniatür rəssamlıqında bəlli olan saysız-hesabsız saray ziyafəti təsvirlərindən hansının adi ziyafət, hansının məhz NOVRUZ şənliyilə əlaqədar olduqunu, rəsmdəki «musiqar çalan musiqar» fiquru ilə müəyyən etmək olur. * XVİİİ yüzilin şərq musiqisinə dair bir təəlimat – «dəsturüləməl»də deyilir, «hər şeyə qadir Allah-təala dünyanı xəlq etdikdən əvvəl planet-peykərləri yaratmış və onlara dövran etmək, fırlanmaq əmri vermişdir, Bu zaman səma cisimlərinin hərəkəti və ulduzların «qaçışından» insan qəlbinə fərəh gətirən müxtəlif avazlar səslənmiş, bu səs və avazlardan MUSİQİ sənəti ərsəyə gətirilmişdir» Həmçinin deyirlər ki, guya yunan filosofu Pifaqor həmin göy cisimlərinin musiqisini eşitmək qabiliyyətinə malikmiş. * Klassik muğamlarımızın mənşəyinə gəldikdə, həmin «dəsturüləməl»də hər muğam dəstgahının yeddi səma cisminin (buraya Günəş və Ay da daxildir) göy qübbəsindəki dövranından yaranmış bir avaz, bir səs olduqundan danışılır. Başqa sözlə desək həmin təəlimata görə hər klassik muğam ayrı-ayrılıqda yeddi səma cisminə, tutalım, ÇAHARGAH - Günəşə, SEGAH - Zöhrə // Venera planetinə, NƏVA muğamı isə Bəhram // Marsa və s. məxsus olub, necə deyərlər onların «çaldıqları avazları oxuyurlar». Elə həmin mülahizəyə görə, martın 21 günü Günəş zodiaqın Q o ç bürcünə daxil olduqu zaman səmada hərəkətdə olan digər 6 peykər göy qübbəsində müəyyən bir qayda üzrə sıraya düzülərək səsləndikdə, onların birgə avazından sən demə özünəməxsus bir NOVRUZ muğam dəstgahı səslənmişdir. * Digər astroloji təsəvvürə görə, NOVRUZ günü hər yeddi peykər zodiaqın müəyyən bir bürcünə daxil olduqda NOVRUZun təəsirindən onları avazı dəyişir, başqa sözlə desək, hamıya tanış olan bu və ya digər klassik muğam NOVRUZ günü yeni «novruz pərdəsi // əcəm-fa notu»nda köklənir və bu kökdə də ifa olunurdu. Belə ki, ortaçağ qaynaqlarında təsadüf etdiyimiz NOVRUZ-NƏVA, NOVRUZ–ÜŞŞAQ, NOVRUZ–HÜSEYNİ, NOVRUZ–BUSƏLİK və digər qeyri-adi muğam adlarının meydana gəlməsini məhxz bununla izah etmək olar. * Əski qaynaqlar təsdiq edirlər ki, kökü çox qədim zamanlara gedib çıxan NOVRUZ muğam dəstgahı XV yüzilə qədər hələ saray ziyafətlərində və başqa məclislərdə səslənirmiş. Nahaq yerə deyildir ki, bu qədim muğamın adına Nizami Gəncəvi və İmadəddin Nəsiminin əsərlərində tez-tez təsadüf edilir. Nizami «Xosrov və Şirin»də müğənni-mütrüb Nəkissanın NOVRUZ muğamı üstə bir qəzəl oxumasından xəbər verir. Nəsimi isə, «həsrət yaşı hər ləhzə qılır bənzimizi saz…» misrası ilə başlanan qəzəlində bir sıra muğam və onların şööbələrinin adları ilə yanaşı, NOVRUZ muğamının adını çəkir. Deyilənə görə, Xİİİ yüzildə yaşamış görkəmli Azərbaycan musiqarı Mövlana Səfiəddin Ürməvinin ifa etdiyi muğamlardan birinin adı da NOVRUZ olmuşdur. Bir zamanlar klassik muğamların psixoloji təəsirinə ayrıca diqqət yetirmiş Əbdürrəhman Cami isə (XV yüzil) həmin NOVRUZ muğamının (Cami onu «avaz» sayır) dinləyiciyə hədsiz fərəh və şadlıq hissləri aşılanmasından danışır. * Bilirik ki, dahi Üzeyir bəy Hacıbəyli Yaxın Şərq xalqlarına məxsus 12 əsas muğam və 6 avazdan (burada NOVRUZ altı avazdan biridir) ibarət sistemi – «on iki sütunlu, altı qülləli bir saraya» bənzədir. Onun yazdıqına görə, XİV yüzilin sonlarında baş vermiş içtimai-siyasi dəyişiklər nəticəsində bu möhtəşəm «musiqi sarayı» uçulub dağılmış və əvəzində həmin tikilinin qırıntılarından ayrı-ayrı xalqlar özləri üçün kiçik-kiçik «muğam məəbədləri» inşa etdirmişlər, Nəticədə, əvvəllər tam müstəqil sayılan klassik muğam dəstgahları, o cümlədən qədim NOVRUZ muğamı,bu və ya digər çağdaş muğamın şööbə səviyyəsinə endirilmiş və əksinə, vaxtilə şööbə əhəmiyyətli mubam hissələri müstəqil muğamlar təki səslənməyə başlamışlar. Bu yerdəyişmədə 12 əsas muğamdan yalnız RAST və NƏVA öz adlarını və bütövlüyünü qoruyub saxlaya bilmiş, təkcə RAST muğamı bizim günlər tamam dəstgah şəklində ifa olunmaqdadır. * Klassik muğamların mənşəini təbiət hadisələrilə bağlayan digər nəzəriyyə tərəfdarları muğamlar arasında təkcə RAST dəstgahının bilavasitə Novbaharla bağlı olduqunu, onun xəfif bahar küləyinin əsməsindən törəndiyini bildirirlər. Eyni zamanda məəlum olur ki, əfsanəvi k ə k n u s – m u s i q a r quşun NOVRUZ günü əcaib dimdiyində səslənən 70 cür avaz elə RAST muğamının özüdür. Unutmayaq ki, bu gün RAST dəstgahının şööbələri sayılan və ancaq bu muğamda (qismən HÜMAYUNda) cəmləşən NOVRUZ-RƏVƏNDƏ, NOVRUZ-SABA, NOVRUZ-ƏRƏB və NOVRUZ-XARA vaxtilə müstəqil muğam dəstgahı tək tanınmışlar və kim bilir bəlkə onlar qədim NOVRUZ muğamının ayrı-ayrı «qırıntıları»dırlar. * Hər halda bu gün qətiyyətlə demək olar ki, həm RAST muğamı, həm ondan törənib «fa» notuna köklənmiş NOVRUZ-RAST muğamı bütünlüklə ilin yaz fəsli, mübarək NOVRUZ bayramı ilə bağlıdır. Əbəs yerə deyildir ki, vaxtilə bu muğamlar bayram günü bir adət-ənənə kimi yaşıl məkanda, yaşıl libaslı çalğıçılar tərəfindən ifa olunmuşlar. * XV yüzil muğamşünası əl-Hüseyni öz musiqi risaləsində bildirir ki, keçmiş zamanlarda klassik muğamların hər biri müvafiq rəngə boyanmış bəzəkli pərdələr fonunda, yaxud yeddi müxtəlif rəngli otaq və ya salonlarda çalınmışlar. Belə ki, HÜSEYNİ – səndəli rəngli, NƏVA – qırmızı, ÇAHARGAH – sarı, digər muğamlar isə başqa-başqa rəngli məkanlarda ifa olunmuşlar. Burada qeyri-adi bir şey yoxdur. Əgər RAST muğamı - Ayın, SEGAH isə Zöhrə//Venera planetinin avazlarıdırsa, deməli onlar eyni zamanda həmin planetlərin «rəmzi rəng» daşıyıcıları olmuşlar. Keçmişin musiqisevərləri bu və ya digər muğamı müəyyən planetin rəmzi rəngi fonunda dinləməyi vacib bilmişlər * Nizami Gəncəvinin «Həft peykər» poemasında, dolayısı yolla da olsa, bu cəhət açıq-aşkar yeddi günbəzin rəngində özünü göstərir. Düzünə qalarsa, bu adət-ənənə İslamdan çox-çox əvvəl hökm sürmüş səma cizimlərinə sitayişlə bağlı qədim «sabeizm-peykərsevərlik» dinindən iqtibas olunmuşdur. Həmin etiqad tərəfdarları səmadakı yeddi peykər şərəfinə ayrı-ayrılıqda yeddi müəyyən biçimli, müvafiq rəngli məəbədlər inşa etmiş, orada müvafiq musiqinin müşayiətilə ibadətlə məşğul olmuşlar. * Bununla belə,hər çalğı aləti ötənlərdə müəyyən bir planetlə əlaqələndirilmişdir. M.Füzulinin «Yeddi cam» əsərindən aydın olur ki, ney çalğı aləti – Günəşi, dəf-qaval – Ayı, digər alətlər isə başqa planetləri təmsil etmişlər. * Əski çağların muğamşünasları dönə-dönə israr edirlər ki, adət-ənənəyə görə hər muğamın ifasından ötrü NOVRUZ gününün müəyyən vaxtı təəyin olunmuş, başqa sözlə desək, ayrı-ayrı muğamlar yalnız onlar üçün ayrılmış vaxtlarda səslənməliydilər. Ortaçağ musiqişünaslarının rəincə, NOVRUZ-RƏHAVİ muğamı – dan yeri ağaran zaman, NOVRUZ-HÜSEYNİ - günəş sıxan məqamda, NOVRUZ- RAST isə günorta çağı ifa olumalıydı. Beləliklə, bütün bayram günü, gecə yarısına kimi 12 klassik muğamın ifası nəzərdə tutulurdu. * NOVRUZ həqiqətən MUSİQİ sənətinin bayramı sayılmışdır, Vaxtilə bütün Yaxın Şərq dövlətlərinin saraylarında bayramla bağlı təntənəli ziyafət məclislərinə dəəvət olunmuş şairlər, «sürud» mahnıları oxuyan «sürudsəra» və «novruzxan» adı daşıyan yüksək səviyyəli muğənni və çalğıçıların ifası yüzlərlə dinləyicinin diqqətini cəlb eyləmişdir. Bu ziyafətlərində çıxış etmiş musiqarlar Nəsimi, Füzuli və Xətai tək şairlərin ulu Dədə Günəşi, DÖRD MÜQƏDDƏS VARLIQI, zodiaqın B a l ı q l a r və Q o ç bürclərini, ilin gözəl bahar fəslini təsvir və tərənnym edən müxtəlif qəsidə və mədhiyyələrə bəstələnmiş TAR-NOVRUZ, SƏBZ-BAHAR, NOVRUZ-TƏRTİB və ğu kimi təsnif və mahnılar, NOVRUZ-RAST. NOVRUZ-RƏVƏNDƏ, SOLTAN-NOVRUZ kimi mürəkkəb muğamlar və sürud-himnlər oxumuşlar. * Bunlara əlavə, saraylardakı ziyafətlərdə musiqarlar arasında özünəməxzsus müsabiqələr, yarışlar keçirilmiş, qaliblər qiymətli xələtlərlə mükafatlandırılmışlar. Məəlum olur ki, Səfəvilər sarayı Həftbehiştdə müğənni-novruzxanlardan Hafiz lələ Təbrizi, Hafiz Cəlacal, sazəndə Mirzəməhəmməd Kamançeyi, Soltanməhəmməd Çəngi, musiqişünaslar Pəripeykər, Dürəbəy Kirami və digər ustad musiqarlar öz yeni bəstə və təranələrilə ziyafət iştirakçılarına hədsiz zövq vermişlər. * Deyilənə görə, Şah İsmayıl Xətai belə bayram məclislərini çox sevir, kefi gələndə özü bərbət çala-çala xoş avazla oxuyarmış. Bircə onu demək kifayətdir ki, Nadir şah Əfşarın 1736-cı ildə uzaq Hindistanın Dehli şəhərində hədsiz dəbdəbə ilə qeyd etdiyi möhtəşəm NOVRUZ gecə ziyafəti ortaçağ tarixçiləri tərəfindən xüsusi olaraq vurqulanır. Sən demə bu şənlikdə şahın «nəqqarəxana» adlanan saray orkestri və 22 nəfərdən ibarət rəqqaslar dəstəsi bilavasitə şah və qonaqlar qarşısında çalıb oynamışlar. Çalğıçılar santur, qanun, tənbur, kamança və bu kimi çalğı alətlərində çalaraq, öz məharətlərini məclisdəkilərə nümayiş etdirmişlər. * Bilirik ki, hal-hazırda həmin qədim çalğı alətlərinin bərpasına cidd-cəhd göstərilir. Əslinə qalarsa, bu təqdirəlayiq bir haldır. Lakin, bir zamanlar elə həmin alətlərdə səslənən musiqi əsərlərinin bərpası barədə düşünən, demək olar ki, yoxdur. İstər bəstəkarlar, istər musiqişünaslar heç də əski musiqimizin bərpası ilə məşğul olmaq fikrində deyillər, Onların rəincə, min ilə yaxın tarixə malik klassik muğamlarımızın 500 il bundan öncə necə səslənməsini bu gün müəyyən etmək qeyri-mümkündür. Belə ki, həmin ədvar (klassik) musiqi bizim günlərə gəlib çatmamış, onların adları yalnız əski yazılarda «yaşamaqdadırlar». Başqa sözlə, onlar etiraf edirlər ki, bu «ölü musiqi»nin ilkin səslənməsini qaytarmaq müşkül işdir və buna heç bir ehtiyac da yoxdur. Nəticə etibarilə, qədim çalğı alətləri ansamblı mövcud olduqu halda, onun ifa etdiyi musiqi əsərləri heç də qədim musiqi deyil, son yüzillərin musiqisidir. Bununla heç cür razılaşmaq olmaz. Ədvar musiqimiz, o cümlədən NOVRUZla əlaqəli musiqimiz rekonstruksiya, bərpa olunmalıdır. Əslinə baxılarsa, bu sahədə görüləsi işlər kifayət qədərdir. Uzaqlara getməyib düşünək, tutalım bu gün qədim SAQİYİ-NOVRUZ mərasim oxumasının mətni və ilk notları əlimizdədir, d eməli bu əsərin haradasa bütöv «halı»nı bərpa etmək üçün artıq imkan var. Əgər RAST dəstgahı bütünlüklə qorunub bizim zamana gəlib çatıbsa, demək onun «fa» notunda köklənməsi sayılan NOVRUZ-RASTın avazını qaytarmaq çətin deyil. Yaxud, NOVRUZ-ƏCƏM, NOVRUZ-ƏRƏB və digər qədim muğamlar indinin özündə RAST və HÜMAYUN muğamlarının şööbələri tək «yaşayırlarsa», yaxud NOVRUZ-ƏRƏB muğamı nə vaxtsa qonşu xalqın bəstəkarı tərəfindən nota alınıbsa, söz yox ki, bu notları üzə çıxarmaqla və çağdaş RAST şööbələrinin köməyilə həmin muğamları, qismən də olsa, necə deyərlər «diriltmək», rekonsruksiya edib ilginc halını qaytarmaq olar. Bundan ötrü güclü istək, hədsiz həvəs, MİLLİ MUSİQİ SƏNƏTİMİZƏ böyük məhəbbət və çalışmalar gərəkdir. Əgər bu sahədə giddi işlər aparılarsa və heç olmasa tarixi həqiqətin 30-40 faizi bərpa olunarsa, bunu çox önəmli və qiymətəgəlməz nailiyyət saymaq olar. Hər halda buna ümid bəsləmək lazımdır.