Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Azərbaycan .: Tarixi .: Tarixi sənədlər .: Azərbaycan Xalq Cumhuriyyəti ( 1918-1920) İstiqlaliyyət bəyənnaməsi

Azərbaycan Xalq Cumhuriyyəti ( 1918-1920) İstiqlaliyyət bəyənnaməsi

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər)
QARABAĞ AZƏRBAYCAN XALQ...

  10-1-2007    Baxılıb: 175   
article Azərbaycan Xalq Cümhuriyyəti (1918-ci il may - 1920-ci il aprel)
AZƏRBAYCAN XALQ...

  10-1-2007    Baxılıb: 468   
article 18 oktyabr – Dövlət İstiqlaliyyət Günü
1991-ci il avqustun 30-da Azərbaycan...

  10-5-2007    Baxılıb: 118