Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Məktublar .: Fi 17 yanvar 1908 Şamaxıdan

Fi 17 yanvar 1908 Şamaxıdan

Qoridə maarifpərvər Sultan Məcid Qənizadə hüzurlərinə!
          Bəd-əssəlam, himmətzədə pərvanələri sayəsində yazdıqları məktubi-ali rəsideyi-dəsti-minnətdarımız oldu. Ixtar: kəndi alış-verişimə dair rusca danışmaq, imza etmək və paketlər ünvanı yazmaq kimi şeylərə mütədirəm. Rusca qələmə alınmış yazıları layiqincə oxuya bilmirəmsə də, çap olunan kitabları bir əndazəyə qədər oxuram. Vəqt müsaidə edər isə mütaliatda, mükalimatda bulunduğumca, əmrinə kafi dərəcədə rusca yazmağa, oxumağa və danışmağa müvəffəq ola biləcəyim bədihi olsa gərək.
          Metrik şəhadətnaməsi hazırdır isə də, Şamaxı şiə qazisi uyezdni olduğundan qanun mövcibincə attestat şəhadətnaməsi Bakıda qubernski qazidən alınmalıdır. Ona dəxi müvəffəq olmağım vasitə ilə olur isə Bakıda çox zəvat tapa bilərəm…
          Məktubumun üzərində olan paketin rusca yazısı kəndi xəttimdir.
          Baqi, ixlas və məhəbb1et, əfəndim.
          Həqiqi dostum Firidunbəy cənablarına müxlisanə salam edirəm.


          Müxlisiniz Ələkbər Sabir Tahirzadə                  Şamaxı
          Bəd-əttəhrir:
          Bu gündən etibarən naçalnikə ərizə verib əxlaq şəhadətnaməsi almağa mübadirət etdim.
Şəhadətnaməni alandan sonra Bakıya imtəhandan ötrü getmeliyəm. Çarçeşm intizar ilə cəvabınıza müntəzirəm.
                                                                                                    Ə.S.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Bahar (1908)
Bağçalarda açır gül,...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 83   
article 1 yanvar – Yeni İl Günü
Dekabrın 31-dən yanvarın...

  10-5-2007    Baxılıb: 189   
article 20 yanvar – Ümumxalq kədər günü
1990-ci il yanvarın 20-də saat...

(Səs verilməyib)  10-5-2007    Baxılıb: 155