Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Azərbaycan .: Bayramlar .: Ramazan bayramı

Ramazan bayramı

Müqəddəs Ramazan ayı müsəlmanlara hicrinin ikinci (622-ci il) ili tə’yin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, insanlara gözüaçıq, təmiz vicdanla olmağa yönəldir. Və oruc tutmaqla ifadə olunur.
Orucluq hicrinin ikinci ilində Məhəmməd Peyğəmbəri tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı tə’yin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyəlinə görə bu ayın 23-dən 24-nə keçən gecə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə “laylat alkadr” – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sülhdür” (97:1-5).
Orucluq vaxtı günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, boylu qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 sutka davam edir. Quranda yazılır: “Yeyin, için ta qara sapın ağ sapdan seçilənəcən, sonra qaranlıq düşənəcən oruc tutun” (2:187).
Orucluq hələ İslamdan da əvvəl mövcüd idi. Hələ qədim ərəblər öz allahların naminə oruc tuturdular. Bu haqda Quranda deyilir: “Sizlərə oruc tutmaq göstərişi verildiyi kimi, bizdən əvvəlkilərə də həmin göstəriş verilmişdir”.
Orucluq pəhrizi qurtarmaq – id əl-fitr – bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə edərsən bütün ailə üzvləri nəzərə alınır. 1993-cü ildən Orucluq bayramı dövlət səviyyəsində qeyd olunur.

   
   


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Bayram adətləri
Bayramda bayramaxşamı...

  10-4-2007    Baxılıb: 186   
article Novruz bayramı
Ey, gözəl bayram, ey gözəl...

(Səs verilməyib)  10-5-2007    Baxılıb: 461   
article Qurban bayramı
Dini qurban kəsmə bayramı –...

(Səs verilməyib)  10-5-2007    Baxılıb: 316