BAKTERIYALARIN QURULUŞU VƏ HƏYAT FƏALIYYƏTI
Xlorofilli bitkilərə yosunlar, mamırlar, qıjikimilər, çılpaqto-xumlular, örtülütoxumlular daxildir. Siz bu bitkilərin quruluşu, qidalanması, çoxalması, təbiətdəki rolu və insanlarm həyatında əhəmiyyəti ilə tanış oldunuz. Bunların hamısı yaşıl bitkilərdir. Onlara yaşıllıq verən xlorofildir. Həmiıı bitkilər xlorofil vasitəsilə lazım olan üzvi maddələri qeyri-üzvi maddələrdən fotosintez prosesində özləri hazırlayır. Yəni onlar avtotrof qidalanan bitkilərdir. Digər qrupa aid olan canlılara bakteriyalar, göbələklər, şibyələr aiddir. Bunlar bitkilərlə heyvanlar arasında keçid təşkil edən canlılar qrupudur. Onlar (şibyələr və bəzi bakteriyalardan başqa) yaşamaları üçün tələb olunan üzvi maddələri, qeyri-üzvi maddələrdən hazırlaya bilmir, hazir üzvi maddələrlə qidalanır, yəni heterotrof qidalanan canlılardır. Biz bu bölmədə bakteriyaların, göbələkİərin və şibyələrin quruluşunu, qidalanmasını, çoxalmasını, təbiətdə və insan həyatında rolunu öyrənəcəyik. Bakteriyalar adi gözlə görünməyən çox kiçik canlılardır. Ən irilərinin ölçüsü 0,01 mkm (1 mkm - mikrometr – 10 m) olur. Onları yalnız mikroskopla 500-1000 dəfə böyütdükdə görmək mümkündür. Çox kiçik olduqlarına görə biz onları görmürük, lakin onla rın ətrafımızda törətdikləri dəyişiklikləri müşahidə edirik. Belə ki otların silos edilməsi prosesini, südün qatığa çevrilməsini, südün turşumasını, ətin xarab olmasını, bitki və heyvan qalıqlarının çürüməsini, qıcqırma hadisəsini törədən bakteriyalardır. Onlar bəzi xəstəlikİə ri törədir, bəzi xəstəlikləri yoluxdurur. Yer üzərində elə bir yer yoxdur ki, orada bakteriyalar olmasın. Torpaqda daha çox bakteriya vardır. Yer səthindən götürülmüş 1 q torpaqda 100 milyonlarla bakteriya vardır. İri şəhərlərin küçələrində bakteriyaların miqdarı daha çoxdur. Yer səthindən yuxarı qalxdıqca havada bakteriyalarm miqdarı azdır. Dərsdən sonra havası dəyişdirilən sinif otaqlarında, havası dəyişilməyən otaqlara nisbətən 13 dəfə az bakteriya olur.Quru ot çöpü bakteriyalarını nəzərdən keçirək. Bunun üçün içərisində su olan kolbaya azacıq quru ot salıb ağzını pambıqla örtək. Sonra kolbanı 30 dəqiqə qaynadaq. Bu zaman quru ot çöpü bakteriyalarından başqa kolbanın içində olan digər bakteriyalar öləcəkdir. Sonra alınan ot həlimini süzüb, bir neçə gün 20-25°C temperatur olan yerdə saxlasaq quru ot çöpü bakteriyaları sürətlə artacaqdır. Bakteriyalar, adətən, rəngsiz olur. Əşya şüşəsinin üzərinə bir damcı qara tuş və bir damcı da quru ot həlimindən yaxıb iynənin ucu ilə qarışdıraq. Sonra üzərini örtücü şüşə ilə örtüb, mİkroskopda baxdıqda açıq rəngdə çöpşəkilli bakteriyaları aydın görmək olar. Quru ot çöpü bakteriyaları başqalarına nisbətən bir qədər iri olur.
Bakteriyalar təbiətdə çox geniş yayılmışdır. Onlar, demək olar Kİ, rütubətli, kölgəli, zibillənmiş, natəmiz yerlərdə, meyvə-tərəvəz, qida çürüntüsü olan sahələrdə, anbarlarda, torpaqda, havada və çirkli sularda, bir sözlə, onların qidalanması, çoxalması üçün şərait olan hər yerdə yayılmışdır. Bakteriyalar quruluşuna görə çox müxtəlif olur. Onların bəzilərində 2,4, bəzən də çox qamçı olur. Həmin qamçıların köməyilə su mühitində hərəkət edir. Bəziləri qamçısızdır.
Bakteriyalar birhüceyrəli orqanizmlərdir. Hüceyrənin forması çox müxtəlifdir. Bunlar kürə, çubuq, sap, vergül və s. formalarda olur lər, vergülşəkillilər-vibrionlar, qıvrım, spiral formada olanlar-spirillalar və s. adlanır.
Bakteriyalar çox sadə quruluşludur. Onların mikroskop altında görünən hüceyrəsi qılaf və sitoplazmadan ibarətdir. Hamısı birhüceyrəlidir. Bakteriyaların çoxunda tam formalaşmış nüvə yoxdur. Nüvə maddəsi sitoplazmanın içərisində səpələnmişdir. Heterotrof qidalanan orqanizmlər qidalanarkən hazır qida maddələrini su ilə birlikdə hüceyrənin bütün səthi ilə qəbul edir. Lakin elə bakteriyalar da vardır Kİ, onlar qeyri-üzvi maddələrdən üzvi maddələr yarada bilir. Belə baıcteriyalara göy-yaşıl bakteriyaları misal göstərmək olar. Çürüdücü bakteriyalar orqanizmlərin çürümüş qalıqları ilə qidalanır. Bunlar saprofit bakteriyalardır. Xəstəliktörədən bakteriyalar isə caıılı orqanizmlərin üzvi maddələri ilə qidalanır. Bu cür bakteriyalar parazit banteriyalar adlanır.
Bakteriyalar, adətən, nəm, isti mühitdə daha çox yayılır. Onların üzərinə günəş şüaları birbaşa düşdükdə 3 saat ərzində nıəhv olur, çünki ətraf mühit quru və günəşli olduqda bakteriyalar yaşaya bilmir. Əlverişsiz şəraitdə onlarda qəribə dəyişikliklər əmələ gəlir. Hüceyrənin sitoplazması sıxılır, hüceyrə qılafın altında əmələ gələn bərk qılafla örtülür. Belə bakteriya hərəkətdən qalır, qidalanmır. Bu proses bakteriyanın spora çevrilməsi hadisəsi adlanır. Sporlar xarici təsirlərə çox davamlı olur. Onlar güclü istilərə, bərk soyuğa, quraqlığa və digər əlverişsiz şəraitə dözür, uzun müddət salamat qalır. Bakteriyaları və onların sporlarını məhv etmək üçün onlara 120°C temperaturda buxarla 20 dəqiqə təsir etmək lazımdır. Beləlikİə, bakteriyalar əlverişsiz şəraitdən özlərini müdafiə edir. Əlverişli şərait olan kimi sporlar cücərir və yeni bakteriya hüceyrəsinə çevrilir, yenidən fəaliyyətə başlayır, hərəkət edir və qidalanır.
Bakteriyalar sadə bölünmə yolu ilə çoxalır. Əlverişli şərait olduqda bakteriyaların əksəriyyəti hər 20-30 dəqiqədən bir bölünür, yeni bakteriya nəsilləri əmələ gətirir. Bölünmə nəticəsində bir bakteriyadan 2 balaca bakteriya əmələ gəlir. Əlverişli şərait olarsa sutka ərzində bir bakteriya hüceyrəsindən 72 nəsil yarana bilər. Bunların birlikdə çəkisi isə 4 t-dan çox olar. Beləlikİə, bakteriyalar çox sürətlə çoxalır. Bəzən elə olur ki, sürətlə bölünən bakteriyalar bir-birindən tam ayrılmır. Birləşmiş halda qalaraq zəncir və müxtəlif quruluşlu bakteriya yığınları əmələ gətirir. Bakteriyaların çoxalması üçün su, qida maddələri və istilik lazımdır. Onlar soyuqda çoxala bilmir.
BAKTERIYALARIN TƏBIƏTDƏ, KƏND TƏSƏRRÜFATINDA VƏ SƏNAYEDƏ ROLU
Təbiətdə maddələrin dövranında bakteriyalarm rolu böyükdür. Bir çox bakteriyalar ölmüş heyvan və bitki qalıqları üzərində yaşayır. Onlar həmin qalıqların üzvi maddələri ilə qidalanır. Belə bakteriyalar saprofit bakteriyalar adlanır. Saprofit bakteriyalar ölmüş heyvan və bitkiləri çürüdür. Onları təşkil edən mürəkkəb üzvi maddələri mineral maddələrə qədər parçalayır. Bu prosesdə qaz halında olan maddələr havaya uçur, mineral duzlar isə torpağa qarışır. Əgər çürüdücü bakteriyalar olmasaydı, o zaman çürümə prosesi getməzdi, Yer kürəsi ölmüş heyvanların və bitkilərin qalıqları ilə dolardı və yaşayış mümkün olmazdı. Bakteriyalar həm oksigenli, həm də oksigensiz nıühitdə yaşaya bilir. oksigenli mühitdə yaşayan bakteriyalar aerob bakteriyalar, oksigensiz mühitdə yaşayan baKteriyalar isə anaerob bakteriyalar adlanır.
Çürümə prosesini müxtəlif növ bakteriyalar törədir. Burada həm aerob, həra də anaerob bakteriyalar iştirak edir. Çürümə mürəkkəb prosesdir. Bu prosesdə bakteriyaların fəaliyyəti nəticəsində zülal maddələri parçalanır və pis qoxulu, uçucu nıaddələr yaranır, mineral duzlar isə torpağa qarışır. Canlı bitkilər tərəfindən onlar yenidən mənimsənilir, su və havadan udulan karbon qazı ilə birlikdə yaşıl bitkilər sayəsində yeni üzvi maddələrə çevrilir. Beləliklə, bakteriyaların fəaliyyəti nəticəsində təbiətdə maddələr daim dövr edir.
Qida məhsullarını bakteriyalardan qorumaq üçün bir çox üsullardan istifadə edilir. Balığı xarab olmaqdan qorumaq üçün onu qurudurlar, konservləşdirib tənəkə bankaların içində saxlayırlar. Əti, balığı konservləşdirib bankalara doldurduqdan sonra bankaları yüksək temperatur və təzyiq altında kip bağlayırlar ki, bankaların içərisinə çürüdücü bakteriyalar daxil ola bilməsin.Yüksək temperatur məhsullara düşmüş bakteriyaları və onların sporlarını məhv edir. Buna görə də konservləşdirilmiş məhsullar uzun müddət qalır. Bu proses sterilləşmə adlanır. Konservləşdirmənin xalq təsərrüfatı əhəmiyyəti böyükdür.Bu üsulla külli miqdarda qida məhsullarını saxlamaq mümkündür. Bakteriyaların zəhərli kimyəvi maddələrlə məhv edilməsinə dezinfeksiya deyilir. Dezinfeksiya üçün spirtdən, formalindən, xlorlu əhəngdən istifadə edilir. Kişmiş, qaysı, alma, armud, gavalı, xurma və s. meyvə məhsullarını qurudurlar. Bəzi tərəvəz, meyvə məhsullarını duza, turşuya qoymaqla və ya şəkər məhlulunda konservləşdirirlər. Bu zaman həmin məhsullar bakteriyalardan müdafiə olunur. Beləliklə, çürüdücü bakteriyaların həm faydası, həm də ziyanı vardır.
Bakteriyalar üzvi birləşmələri bir neçə şəkildə parçalayır. Bunlardan qıcqırma bakteriyalarının fəaliyyəti daha maraqlıdır. Həmin bakteriyaların bir növü süd turşusu bakteriyalarıdır. Süd məhsullarından qatığın və kefirin hazırlanmasında həmin bakteriyalardan geniş istifadə olunur. Yağ qıcqırdıcı bakteriyaların fəaliyyəti nəticəsində qaxsıyır, xarab olur. Bu bakteriyalardan pendirin hazırlanmasında da istifadə olunur. Yağın qıcqırması prosesi anaerob baKteriyaların fəaliyyəti nəticəsində baş verir. Sirnə qıcqırmasını əmələ gətirən aerob baKteriyalardır. Onların fəaliyyəti nəticəsində spirt sirkə turşusuna qədər parçalanır. Bunlardan sənayedə spirtin hazırlanmasında istifadə olunur.
Paxlalı bitkilərin yumrucuq bakteriyaları havadaki azotu mənimsəyərək torpağı azotlu maddələrlə zənginləşdirir. Paxlalı bitkilər məhv olduqdan sonra onların köklərində olan yumrucuq bakteriyaları torpaqda qəhr, onu azotlu maddələrlə zənginləşdirir. Bundan başqa yem bitkiləri əkinində paxlalı bitkiləri dəııli bitkilərlə qarışdırıb əkirlər. Bu zaman ot çalınıb yığıldıqdan sonra paxlalı bitkilərin torpaqda qalan köİərinin üzərində olan yumrucuq bakteriyaları torpağı azotlu maddələrlə zənginləşdirir. Yumrucuq bakteriyaları paxlalı bitkilərin kökləri üzərində olur. Onlar paxlalı bitkilərlə birgə həyat keçirir. Bu simbioz yaşayış adlanır. Burada bitki yumrucuq bakteriyalarını qidalandırır, bakteriyalar isə bitkini azotlu maddələrlə təmin edir.
XƏSTƏLIKTÖRƏDƏN BAKTERIYALAR
Bir çox bakteriyalar bitki, heyvan və insan orqanizmində parazitlik edir, ağır xəstəlikİər törədir və bu xəstəlikləri yoluxdurur. Alma ağacının köklərində "xərçəng" xiyar, pomidor, qoz, noxud, buğda və başqa bitkilərdə "bakterioz" və pambıq bitkisində "hommoz" xəstəliyini törədən bakteriyalardır. Bakteriyalar kənd təsərrüfatı heyvanlarında qarayara, qaramal vərəmi, donuz taunu, atlarda saqqo, heyvanlarda və insanda quduzluq, bruselyoz və b. xəstəlikləri əmələ gətirir. Insanlarda bakteriyalar vərəm, yatalaq, taun, difteriya, qarayara, boğaz ağrısı, bruselyoz, tetanus və bir çox başqa xəstəlikləri törədir.
Parazit həyat keçirən bakteriyalar isti və qidalı mühitə düşdükdə sürətlə böyüyür, çoxalır və özlərindən zəhərli maddələr ifraz edir. Keçmişdə insanların bakteriyalar haqqında təsəvvürü olmadığına gorə qeyd olunan xəstəliklərin necə əmələ gəldiyini bilmirdilər. 0 zaman din xadimləri insanların kütləvi şəkildə ölməsinə səbəb olan taun kimi xəstəliklərin baş verməsini "Allahın bəlası" adlandırırdılar. Onlar kağıza yazılmış "dua" suyunu savadsız adamlara içirtməklə xəstəliyin daha geniş yayılmasına şərait yaradırdılar. Mikroskopun ixtirasından sonra mikrobiologiya elmi inkişaf etməyə başlayır. Mikroskopun təkmilləşdirilməsi və bir sıra xəstəliktörədən bakteriyaların həyat tərzi dəqiq öyrənilmiş və bu xəstəliklərin qarşısının alınması tədbirləri təbabət elmləri tərəfindən müəyyənləşdirilmişdir.
Məşhur fransız mikrobioloqu Lui Paster XIX əsrdə xəstəliktörədən bakteriyaları öyrənərkən, onlara qarşı profilaktik peyvənd üsulunu təkİif etmişdir. Bundan əlavə o, quduzluq xəstəliyinə qarşı mübarizə üsulunu tapmışdır. Hazırda təbabətdə profilaktİk peyvənd üsulundan geniş istifadə olunur. Bəs bakteriyalar xəstəlikləri necə yoluxdurur? İnsan və heyvanın dərisi xaricdən bakteriyalarm bədənə daxil olmasının qarşısını alır. Bakteriyalar bədənin daxilinə nəfəs borusu vasitəsilə havadan, yuyulmamış meyvələrdən çirkİi əllərdən keçir.
Bakteriyaların törətdiyi yoluxucu xəstəliklərə qarşı geniş mübarizə aparılır. ölkəmizdə bakteriyaları öyrənən mikrobiologiya institutları yaradılmışdır. Parazit bakteriyalara və yoluxucu xəstəliklərə qarşı geniş profilaktik iş aparılır. Difteriya,çiçək, qarayara və başqa xəstəliklərin baş verməsinin qarşısını almaq iiçün profilaktik peyvəndlər vurulur. Belə peyvəndlər bədənin xəstəliklərə qarşı mübarizə qüvvəsini artırır. Bakteriyaların çox toplana biləcəyi yerlər: durğun sular, peyin anbarları, məişət tullantıları atılan yerlər müntəzəm olaraq dezinfeksiya edilir. Kənd təsərrüfatı və sənaye müəssisələrində, ictimai yerlərdə sanitariya-gigiyena qaydalarına riayət olunmasına xüsusi nəzarət edilir. Ət, meyvə və başqa qida məhsulları həkimlərin nəzarətindən sonra satışa buraxılır. Şəhərlərdə və bütün yaşayış məntəqələrində içməli su üzərində xüsusi tibbi nəzarət vardır. İçməli sular durulduqdan və bakterioloji nəzarətdən, yəni yoxlamadan keçirildikdən sonra istifadəyə verilməlidir.
GÖBƏLƏKLƏR VƏ ONLARIN ÜMUMI XÜSUSIYYƏTLƏRI
Göbələklərin təxminən 100 minə qədər növü məlumdur. Göbələklərdə xlorofil olmur, bəzi əlamətlərinə görə yosunlara oxşayır. Onların bəziləri birhüceyrəli, əksəriyyəti isə çoxhüceyrəlidir.
Yosunlar kimi göbələklər də sadə quruluşludur. Onların yosunlardan əsas fərqi xlorofilin olmamasıdır. Göbələklər hazır üzvi maddələrlə qidalanır, saprofit, yaxud parazit həyat keçirir. Göbələklər üzvi maddələr çox olan isti və rütubətli şəraitdə çox yayılır. Göbələklərin torpaqaltı hissəsi hər tərəfə şaxələnən və uclardan boyüyərəK torpağın içərisinə tor şəklində yayılan mitseli adlanan ağ rəngli tellərdən ibarətdir. Göbələyin yerüstü hissəsi həmin mitseli tellərinin üzərində yerləşir və meyvə cismi adlanır. Meyvə cismi papaq və kötükcükdən ibarətdir. Yeyilən göbələklərin yerüstü hissəsini toplayarkən onları kəsib götürməli, yaxud yavaşca burmaqla qoparmaq lazımdır ki, onların torpağın altında olan mitselisi zədələnməsin. Göbə-ləklər, əsasən, qeyri-cinsi yolla - sporlarla çoxalır. Sporlar çürüntü çox olan isti, rütubətli yerə düşdükdə cücərir, yeni mitseli əmələ gətirir.
Papaqlı göbələklər meşələrdə, çürümüş üzvi maddələr çox olan isti, rütubətli yerlərdə yayılmışdır. Onların içərisində yeyilən növlər çoxdur. Bu göbələklərin yerüstü hissəsi kötükcükdən və onun təpəsini papaq kimi örtən enli hissədən ibarətdir. Ona görə də bu göbələklərə papaqlı göbələklər deyilir. Papaqlı göbələklərdən ağ göbəIək, qırmızıbaş göbələk, tozağacı göbələyi, yağlı göbələk, sarı-qırmızı göbələk, sarımtıl göbələk, tüİküqulağı göbələyi və başqaları yeməli göbələklərdir ( 165 )
Papaqlı göbələklər içərisində zəhərli növlər də vardır. Bunlardan milçəkqıranı, solğun əzvayı, yalançı tüİküqulağını, yalançı kötük göbələklərini və s. göstərnıək olar ( 166 ) Bir çox papaqlı göbələklər müəyyən ağacların altında bitir. Məsələn, tozağacı göbələyi tozağacının, qırmızı göbələk ağcaqovağın, yağlı göbələkİər şam ağacının, sarımtıl göbələk küknar ağacının yaxınlğında bitir. Bu onunla əlaqədardır ki, qeyd olunan göbələklərlə həmin ağaclar arasında simbioz (şərikli) həyat mövcuddur. Burada göbələyin mitselisi ağacın kökü ilə birləşir. Göbələk ağacı su və suda həllolmuş mineral maddələrlə təmin edir. Ağac da, öz növbəsində, göbələyi lazım olan üzvi maddələrlə təchiz edir. Simbioz yaşama həm ağac, həm də göbələk üçün əlverişlidir.
Kökləri göbələkİərlə əlaqəli olan ağacları göbələk olmayan tor-paqda əkdikdə yaxşı böyümür. Ona görə də müvafiq göbələklərin olmadığı sahələrdə ağac əkəndə həmin torpağa içərisində az miqdarda mitseli olan meşə torpağı qatırlar.
Papaqlı göbələklərin bəzilərində, məsələn, nəmişlik göbələyində, sarımtıl göbələkdə, şampinyonda papağın altı kötükdən şüalar şəklində uzanan lövhəciklərlə örtülüdür. Belə göbələklər lövhəcikli göbələklər adlanır. Ağ və qırmızı papaqların altı xırda dəliklərlə dolu olur. Bu cür göbələklərə borucuqlu göbələklər deyilir. Lövhəcikli göbələklərdə lövhələr üzərində, borucuqlu göbələklərdə isə borucuqların daxilində sporlar əmələ gəlir. Onlar yetişdikdən sonra lövhəciklərin ara-sından və borucuqların içərisindən tökülür. Külək, ilbiz və həşərat vasitəsilə ətrafa yayılır. Əlverişli şəraitə düşdükdə sporlar cücərir, onlardan yeni mitselilər inkişaf edir.
Sporların tökülməsini çox asanlıqla müşahidə etmək mümkündür. Bunun üçün lövhəcikli və borucuqlu papaqları kəsib, alt tərəfi aşağı olmaqla ağ kağız üzərinə qoyaq və üzərini şüşə banka ilə örtək. Bir neçə vaxtdan sonra ağ kağız üzərinə töküllmüş çoxlu sporlar görünəcək. Lövhəcikli papaqdan tökülən sporlar kağız üzərində şüalı xətlərlə, borucuqlu papaqdan tökülən sporlar isə topacıqlarla düzülmüş olacaqdır.
Yeməli göbələkİəri tanımaq vacıbdir. Onları tanımamış yığmaq olmaz. Milçəkqıran kimi zəhərli göbələkləri tanımaq asandır. Lakin bəzi zəhərli göbələklər xarici görünüşünə görə yeməli göbələklərə çox oxşayır. Məsələn, yeməli şampinyon göbələyi ilə solğun əzvay göbələyi, yeməli tüİküqulağı göbələyi ilə zəhərli yalançı tülküqulağı göbələyi bir-birinə çox oxşayır. Şampinyon göbələyində papağın alt hissəsi cəhrayı, zəhərli, solğun əzvay göbələkdə isə ağ rəngdə olur. Ona görə də şampinyona oxşar göbələkləri toplayarkən papaqlarının alt hissəsinin rənginə diqqət yetirmək lazımdır, Yeməli tüİküqulağı göbələyi papağının kənarları dalğavari, açıq sarı rəngdə olur. Zəhərli tülküqulağı göbələyin papağının kənarları hamar qırmızımtıl-narıncı rənglidir. Yalançı tüİküqulağı göbələyini kəsdikdə şirə axır. Yeməli tülküqulağı göbələyini kəsdikdə isə şirə axmır. Ona görə göbələk yığarkən ehtiyatlı olmaq lazımdır. Vaxtı ötmüş yeməli göbələkləri yığmaq olmaz, çünki onlarda da çürümə prosesində zəhərli maddələr əmələ gəlir.
Yeyilən göbələklər qida kimi mühüm əhəmiyyətə malikdir. Onların tərkibində zülal, şəkər , yağ və başqa qida maddələri vardır. Yeməli göbələklər qurudulmuş, bişirilmiş və konservləşdirilmiş halda yeyilir. Bəzi yeyilən papaqlı göbələklər süni şəraitdə də becərilir.
KIF VƏ MAYA GÖBƏLƏKLƏRI
Çörək, çürümüş meyvələr, tərəvəz, peyin isti və rütubətli yerlərdə qaldıqda üzəri ağ kiflə örtülür. Bu, kif göbələyidir. Həmin göbələk ağ kif göbələyi, yaxud mukor adlanır. Mukor göbələyini laboratoriya şəraitində yetişdirib onun quruluşunu mikroskopda nəzərdən keçirmək olar. Bunun üçün içərisi bir qədər dərin qaba yaş qum, yaxud torpaq töküb, onun üzərinə bir tikə çorək qoyurlar. Sonra üzərini şüşə qabla örtüb, isti yerdə saxlayırlar. Bir neçə gündən sonra həmin qabı açıb baxdıqda yaş torpağa qoyulmuş çörəyin üzərinin ağ kiflə
örtüldüyünü görərik. Bu, ağ rəngli nazik tellərdən əmələ gəlmiş yumşaq torşəkilli ağ kif (mukor) göbələyidir. Mukorun mitselisinin torşəkilli, hər tərəfə şaxələnən şəffaf telləri bir hüceyrədən ibarətdir. Hüceyrə çoxnüvəlidir, lakin arakəsmələri yoxdur. Ağ kif göbələyi mitselisinin bəzi şaxələri yuxarıya doğru dik qalxır. Həmin dik qalxan şaxələrin uclarında papaqlı göbələklərin meyvə cisimlərinə oxşar başcıqlar əmələ gəlir. Bu başcıqlar sporangi adlanır. Onların içərisində sporlar əmələ gəlir. Sporlar yetişən zaman başcığın rəngi tündləşir və çatlayır, onun içərisindən sporlar tökülür. Həmin sporlar külək vasitəsilə ətrafa yayılır. Əlverişli şəraitdə isti, rütubətli yerlərdə çürüməkdə olan meyvə, tərəvəz, peyin və çörək üzərinə düşmüş mukor sporları cücərir və yeni kif göbələyi mitselisini əmələ gətirir.
Beləliklə, mukor göbələyi qeyri-cinsi yolla-sporlarla çoxalır
Ağ kif göbələyində cinsi çoxalma da müşahidə olunur. Cinsi çoxalma prosesində mitselinin IKI qonşu qısa arakəsmə ilə ayrılan şaxəsi bir-birinə yaxınlaşır. Sonra onlarm arasındaki qılaf pərdəsi əriyir və şaxələrin daxilində olan möhtəviyyat çoxlu nüvələrlə birlikdə qarışır. Sonra qalın qatla örtülərək ziqospora çevrilir. Uzun müddət sakitlik dövrünü keçirdikdən sonra cücərərək yeni kif göbələyi mitselisini əmələ gətirir.
Ağ kif göbələyi saprofit orqanizmdir, papaqlı göbələklərdəki kimi xlorofil olmur. Hazır üzvi maddələrlə qidalanır. Ərzaq məhsulları üzərində başqa kif göbələkləri də yaşayır. Onlardan birinin mitselisi göy-yaşıl rəngdə olur. Bu göbələk penisil addlanır. Penisil mitselisi ağ kif göbələyindən fərqli olaraq çoxhüceyrəlidir. Onun mitselisi arakəsmələrlə hüceyrələrə ayrılmışdır. Penisil göbələyinin sporları ağ kif göbələyində olduğu kimi başcıqlarla deyil, dik qalxan mitselilərin uclarındaki salxımcıqlarda olur. Penisil göbə
ləyindən penisillin adlanan dərman hazırlanır. Həmin dərman kokk bakteriyalarının törətdiyi xəstəliklərə qarşı çox təsirlidir. Penisil göbələyindən alman dərman müxtəlif irinli xəstəliklər, ağciyər iltihabı, boğaz ağrısı və başqa xəstəliklərin, yaraların müalicəsində istifadə olunur. Buna görə də penisil göbələyi xüsusi laboratoriyalarda yetişdirilir. Penisil göbələyi sporlarla çoxalır.
> Maya göbələyi. Bu göbələklər təbiətdə şəkər olan mühitdə yayılmışdır. Təbiətdə onlara ağac gövdələrinin zədələnmiş yerlərində, çiçəklərin nektarlarında, şirin meyvələrin üzərində rast gəlmək olar. Onun birhüceyrəli növü çox qədim zamanlardan insanlar tərəfindən yetişdirilir və xəmir qıcqırmasında istifadə olunur.
Maya göbələyi birnüvəli, ovalşəkilli hüceyrələrdən təşkil olunmuşdur ( 168 ).
Şəkərli qida mühitində maya göbələyi tumurcuqlanma yolu ilə sürətlə çoxalır. Bu zaman ana hüceyrə üzərində qabarcıqlar (tumurcuqlar) əmələ gəlir. Sonra onlar böyüyür, ana hüceyrədən ayrılır. Tumurcuqlanma yolu ilə sərbəst çoxalır. Bəzən ana hüceyrədən ayrılmadan üzərində tumurcuq, onun da üzərində ikinci tumurcuq əmələ gəlir və s. Beləliklə, tumurcuqlanan hüceyrələrdən ibarət şaxəli zəncir əmələ gəlir.
Maya göbələyi spirt qıcqırması əmələ gətirdiyinə görə ondan pivə və şərab istehsalında, xəmir qıcqırmasında istifadə olunur. Xəmir qıcqıran zaman onun tərkibində olan şəkər spirtə parçalanır və karbon qazı ayrılır. Ayrılan karbon qazı xəmirin içində məsamələr əmələ gətirərək xəmiri şişirdir, onu məsaməli şəklə salır. Belə xəmir acıtma xəmir adlanır. Ondan bişirilən çörək məsaməli, yumşaq və yaxşı həzm olur. Maya göbələyindən yeyinti sənayesində çörək, pivə və bir sıra başqa qida məhsullarının istehsalında geniş istifadə olunur.
PARAZIT GÖBƏLƏKLƏR VƏ ONLARA QARŞI MÜBARIZƏ
Göbələklər qidalanma üsuluna görə iki cür həyat keçirir. Bir qrup göbələklər saprofit qidalanan göbələklərdir,onlar bitki və heyvan qalıqları ilə qidalanır.İkinci qrup göbələklər isə parazit həyat keçirən göbələklərdir. Onlar canlıların üzərində yerləşir və onların hüceyrələrindəki üzvi maddələr hesabına qidalanır, müxtəlif xəstəliklər əmələ gətirir. Bəzi parazit göbələklər insanlarda keçəllik və başqa dəri xəstəliklərini əmələ gətirir.
Parazit göbələklərin bir çoxu kartof, pomidor və dənli bitkilərin üzərində parazitlik edərək, onların məhsuldarlığını azaldır. Onlardan ən qorxulusu sürmə göbələyidir. Müxtəlif sürmə göbələyi buğda, vələmir, çovdar, arpa, darı, qarğıdalı və yabanı dənli bitkilər üzərində parazitlik edərək, həmin bitkilərin dənlərini məhv edir. Sürmə göbələyinin sporları məhsul yığımı dövründə taxılların dəninə yapışır, səpin zamanı dənlə birlikdə torpağa keçir və onunla birlikdə böyüyür. Taxıl bitkiləri çiçəkləyən zaman göbələyin mitselisi gövdənin içərisində böyüyərək çiçəyin yumurtalığına çatır. Orada dənin endospermi hesabına qidalanaraq onun içərisini çoxlu qara rəngli sporlarla doldurur.
Sürmə göbələyi xəstəliyinə tutulmuş bitkilərin sünbülləri qara rəngdə kömürləşmiş kösövə oxşayır. Taxıl yığımında göbələklə yoluxmuş dənlər əzilir, sporlar yenidən sağlam dənlərə yoluxur. Sürmə göbələyi taxıl məhsullarma çox ziyan vurur. Sürmə çox olan dənlərdən alınan unun rəngi tünd, dadı isə acı olur. Sürmə xəstəliyinin qarşısını almaq üçün səpindən əvvəl taxıl dənini zəif formalin məhlulu ilə dərmanlayırlar. Formalinin təsirindən dənlərə yapışmış sporlar tələf olur. Qarğıdalı bitkisinə sürmə göbələyi sporları yoluxduqda gövdənin müxtəlif yerlərində qovuqlar əmələ gəlir. Sporlar yetişdikdə bu qovuqlar çatlayır, sporlar külək vasitəsilə ətrafa yayılır. Bununla ən yaxşı mübarizə qovuqlar çatlamamış onları kəsib yandırmaqdır Azərbaycanda Milli Elmlər AKademiyasının Botanika İnstitutu tərəfindən sürmə göbələyi ətraflı öyrənilmiş və onların müxtəlif bitkilər üzərində parazitlik edən 900 növü müəyyənləşdirilmişdir. Onlar ən çox dənli bitkilərin üzərində olur.Çovdar bitkisi üzərində çovdar mahmızı adlanan göbələk parazitlik edir. Bu göbələyin sporları çovdar çiçəkləyən zaman onun yumurtalığına yoluxur. Nəticədə yumurtalıqdan çovdar dəni əvəzinə bir-birinə möhkəm hörülmüş göbələk tellərindən ibarət tünd darçın rəngli buynuzcuq əmələ gəlir.Bu buynuzcuqlar yerə töküldükdə qışı torpaqda keçirir. Yazda onlar cücərir, çovdar çiçəkləyən dövrdə sporla dolu başcıqlar əmələ gəlir. Sporları yetişmiş başcıqlar çatlayır, külək vasitəsilə ətrafa yayılır. Həmin vaxtda da çovdar mahmızının sporları çovdarın çiçəklərinə yoluxur. Çovdar nıahmızı çovdarın məhsuldarlığını azaldır, və ona ziyan vurur. Bununla yanaşı çovdar mahmızının böyük praktik əhəmiyyəti vardır. Mahmızın tərkibindəki zəhərli maddələr dərman əhəmiyyətinə malikdir. Ona görə də çovdar sünbüllərindən mahmızları toplayıb apteklərə verirlər.
Taxılçılığa zərər vuran parazitlərdən biri də pas göbələyidir. Pas göbələyi müxtəlif bitkilərdə parazitlik edərək onlara böyük ziyan vurur. Taxıl bitkilərində parazitlik edən pas göbələyinin vurduğu ziyan daha böyükdür. Bu göbələklər bir-birinin ardınca davam edən müxtəlif sporlar əmələ gətirib, bir bitkidən başqa bitkiyə yoluxur. Pas göbələyi taxıllar üzərində parazitlik edərək onlarda fotosintez sahəsini kiçildir. Onlar yarpaqların üzərində çoxlu qonur ləkələr əmələ gətirib bitkini vaxtından əvvəl qurudur. Nəticədə taxıldan alman dən cılız və yüngül olur. Pas göbələyi cənub rayonlarında çox yayılmışdır. Pas göbələymə qarşı ən yaxşı mübarizə üsulu həmin xəstəliyə davamlı olan toxum sortlarının əkilməsidir. Bundan əlavə bitkilərin məhsuldarlığını yüksəldən aqrotexniki tədbirlər vaxtında tətbiq edilməlidir.
Kartof və pomidor bitkiləri üzərində parazitlik edən göbələklər kənd təsərrüfatında tərəvəz məhsullarına çox ziyan vurur. Parazit göbələk yoluxmuş kartof və pomidor bitkilərinin əvvəlcə gövdə və yarpaqları qonurlaşır, quruyur və tələf olur. Xəstəlik kartof yumrularına və pomidor meyvələrinə keçir, onların çürüməsinə səbəb olur.
Kartof göbələyi qamçıları olan hərəkətli sporlarla çoxalır. Yağış çox yağdıqda bu xəstəlik kartof tarlalarında geniş yayılır. Bunun qarşısını almaq üçün xəstəliyə davamlı kartof sortlarını əkmək lazımdır. Plazmopara vitikola adlanan göbələk üzüm bitkisində mildium xəstəliyini əmələ gətirir. Bu xəstəliyə bitkinin cavan budaqları, meyvəsi və xüsusilə yarpaqları yoluxur. 0, yarpağm altında dəstə ilə bozumtul örtük şəklində görünür. Onu diqqətlə nəzərdən keçirsək sporangiləri müşahidə etmək olar. Vegetasiya dövrünün sonunda sporlar yarpaqlarla birlikdə tökülür və qışı torpaqda keçirir, yazda inkişaf edərək zoosporlar əmələ gətirir. İçərisində parazit olan üzüm yarpaqlarında qonur ləkələr əmələ gəlir. Belə yarpaqlar quruyub tökülür. Mildium xəstəliyi Azərbaycanda geniş yayılmışdır. O, üzümün məhsuldarlığına böyük ziyan vurur. Bu xəstəliyin qarşısını almaq üçün üzüm bağlarını bordo məhlulu (əhənglə göydaşın qarışığı) ilə çiləyirlər. Meşə, bağ və parklardaki ağaclarda qov göbələyi parazitlik edir. Bu göbələyin sporları külək vasitəsilə yayılır. Sporlar ağacların qabığında yaralanmış yerlərə düşdükdə orada cücərib inkişaf edir. Ağacın üzərində at dırnağına bənzər açıq boz rəngli meyvə cisimciyini əmələ gətirir ( 170 ). Onun üzəri sərt qabıqla örtülmüş olur. Daxili ətli hissəsi sarımtıl-mixəyi rəngdədir, yumşaq, quru dəriyə oxşayır. Çoxillik formaları hər il böyüyərək yeni qatlar əmələ gətirir. Qov göbələyinin mitselisi ağacın oduncaq hissəsinə daxil olaraq onu tədricən dağıdır. Ağac kövrəkləşir, küləyə qarşı davam gətirməyərək yıxılır. Belə agacların ömrü qısa olur. Qov göbələyi ilə yoluxmanın qarşısını almaq üçün ağacların göv-dələrini zədələnməkdən, sınmaqdan və yaralanmaqdan qorumaq lazımdır.
Qov göbələyinin meyvə cisimlərinin alt hissəsində çoxlu xırda borucuqlar olur. Həmin borucuqların içərisində sporlar əmələ gəlir. Yetişmiş sporlar borucuqlarından aşağı tökülür və hava cərəyanı vasitəsilə yayılır.
ŞIBYƏLƏR
Şibyələr təbiətdə çox geniş yayılmışdır. Onların nümayəndələrinə qütblərdən tutmuş mülayim iqlim qurşaqlarına qədər hər yerdə rast gəlmək olur. Mülayim və soyuq iqlim qurşaqlarında şibyələr daha geniş yayılmışdır. Tundra şəraitində şibyələrin geniş talaları vardır. Şibyələr dağlarda, qayaların, ağacların üzərində çox geniş yayılmışdır. Ümumiyyətlə, başqa bitkilərin yaşaya bilmədikləri yerlərdə şibyələr yaxşı bitir və daşların, qayaların üzərini bəzən tamamilə örtür. Şibyələr məhv olduqdan sonra onların yaşadıqları yerlərdə mamırların və başqa bitkilərin yayılması üçün əlverişli torpaq sahələri yaranır. Buna görə də şibyələr bitkilərin yayılması üçün iİkin şərait yaradır.
Şibyələr müxtəlif ekoloji şəraitdə təsadüf olunur. Şibyələr, adətən, turş torpaq mühitini sevir. Ona gorə də şumlanmış torpaqlarda torpaq şibyələri olmur. Şibyələr yarpaq, ağac qabığı, quru oduncaq və kötük üzərində də bitir. Yarpaq şibyələrinə həmişəyaşıl tropik bitkilərin çoxillik yarpaqIarı üzərində təsadüf olunur. Azərbaycanda Lənkəran zonasında bitən şümşad bitkisinin yarpaqları üzərində şibyələrə tez-tez rast gəlmək olur. Ümumiyyətlə, şibyələrin müxtəlif novləri respublikanın bütün ərazisində - qayaların, ağac gövdələrinin və kötüklərinin üzərində yayılmışdır. Şibyələr formalarına görə müxtəlifdir. Onlardan quru qabıq ŞƏKlində olan şibyələr daşların, qayaların üzərində yayılaraq, orada müxtəlif rənglərdə yarpaq şəklində lövhəciklər əmələ gətirir. Onları zədələmədən daşın üzərindən qoparmaq olmur. Bunlardan qızılı-sarı rəngli divar şibyəsini (ksantoriyanı) göstərmək olar ( 171 ).
Divar şibyəsi ağacların qabığı üzərində qazmaq şəklində olur. Şibyələrin bəziləri kiçik kol şəklindədir. Köhnə ağacların budaqlarından sallanan saqqalabənzər şibyəni, tundrada geniş talalar təşkil edən maral şibyəsini, "İslandiya mamırını" (setrariya), Kladoniya və digərlərini misal göstərmək olar. Şibyələr çox maraqlı quruluşa malikdir. Şibyə birgə yaşayışa uyğunlaşmış iki orqanizmdən - göbələk və yosunlardan ibarətdir. Şibyənin tallomu - bədəni bir-birinə dolaşmış göbələk telləri və bunların arasınla yerləşən birhüceyrəli, yaxud çoxhüceyrəli yaşıl və ya göy-yaşıl yosunlardan təşkil olunmuşdur. Deməli, şibyə simbioz həyat keçirməyə uyğunlaşmış göbələk və yosunlardan ibarət orqanizmdir. Göbələk su və suda həllolmuş mineral duzlarla yosunu təmin edir. Yosun hüceyrələrində isə fotosintez prosesi zamanı üzvi maddələr əmələ gəlir və o da üzvi maddələrlə göbələyi qidalandırır. Beləliklə,iki müx təlif orqanizmin simbioz yaşayışı təmin olunur (172). Şibyələrdə kök, gövdə, yarpaq və çiçək olmur. Onlar rütubəti başlıca olaraq yağışdan, şehdən və çəndən bədənlərinə hopdurur. Simbioz həyat, şibyələrə işıq düşən yerdə - qayalarda, ağacların qabıqlarında yaşamaq imkanı verir. İşıq olmadıqda yosun hüceyrələrində üzvi maddələr əmələ gəlmir, şibyələr məhv olur.
Şibyələr, adətən, tallomun hissəcikləri ilə çoxalır. Şibyələrin da xilindəki göbələk sporlarla, yosun hüceyrəsi isə bölünmə yolu ilə çoxalmağa qabildir. Bunlardan əlavə şibyənin tallomu daxilində xüsusi hüceyrə qrupları da əmələ gəlir. Onlar çoxalıb
böyüdükdə aşağıdan talloma təzyiq artır. Nəticədə tallom yırtılır, bu zaman hüceyrə qrupları külək və su vasitəsilə ətrafa yayılır.
Şibyələrin başqa bitkilər kimi təbiətdə və maddələr dövranında müəyyən rolu vardır. Bundan əlavə başqa bitkilərin yaşaya bilmədiyi yerləri onlar yararlı hala salır.
Şibyələrin xalq təsərrüfatı əhəmiyyəti də az deyildir. Maral mamırı adlanan şibyənin maralçılıq təsərrüfatının inkişafında mühüm əhəmiyyəti vardır. Şimalda - tundra zonasında bu şibyə maralların əsas yemini təşkil edir.
"İslandiya mamırı" adlanan şibyə yeyilir. Bəzi ölkələrdə onu una qatırlar. Həmin şibyədən təbabətdə mədə-bağırsaq və tənəffüs yolları xəstəliklərinin müalicəsində istifadə olunur.
Bəzi şibyə növlərindən müxtəlif boyalar alınır. Lakmus şibyəsindən kimya sənayesində geniş istifadə olunan lakmus istehsal olunur. Azərbaycanda qoyunçuluqla məşğul olan rayonlarda el arasında "daş xına" adlanan şibyədən dırnaqları boyamaq üçün istifadə edirlər, Bu şibyə dağlıq yerlərdə daşlar və qayalar üzərində qazmaq şəklində yayılmışdır.
Bir çox şibyələr meyvə ağacları üzərində yayılır. Onlar ağaclarda parazitlik etmir. Lakin ağacların gövdəsini örtməklə qaz mübadiləsinə mane olur və həşəratların yaşaması, parazit göbələklərin inkişafı üçün şərait yaradır. Ona görə də meyvə ağaclarının gövdələrini onların üzərində təsadüf olunan şibyələrdən təmizləmək lazımdır.
Hazırda 26 minə qədər şibyə növü məlumdur. 0 cümlədən, Qafqazda 1200-dək Azərbaycanda 700-ə qədər şibyə növü vardır. Şibyələrin əksəriyyəti mülayim iqlim şəraitində, əsasən, dağlıq yerlərdə yayılmışdır. Yəqin ki, siz dağ rayonlarında daşların üzərində yayılmış qonur-yaşıl rəngli şibyələri görmüsünüz. Bunlar torpağın əmələ gəlməsi prosesində böyük rol oynayır. Belə ki, şibyələr dağ süxurlarının üzərində digər bitkilərin bitməsinə şərait yaratmış olur.
Şibyələr şimal xalqlarının həyatında böyük rol oynayır. Onlar maralçılıqda əsas yem bazasını təşkil edir. Şimal marallarının yeminin 50%-i şibyələrdən ibarətdir.
Şimal rayonlarında şibyələrin bəzi növləri ev heyvanlarının yemləndirilməsi üçün istifadə olunur. Şibyələr havanın temperaturu +60°C - dən - 50°C olan yerlərdə yaşaya bilir. Onlar tundrada çox soyuq iqlim şəraitində bitir. Belə ki , soyuğadavamlı digər bitkilərə nisbətən onlara daha şimalda təsadüf olunur.
Şibyələrin tundrada böyük əhəmiyyəti vardır. Onlar tundrada bitki örtüyünün əmələ gəlməsində böyük rol oynayır. Tundrada xüsusi tip bitki örtüyü olan şibyəli tundra zonası vardır. Burada şibyələr şam meşəsinin əmələ gəlməsində əsas rol oynayır. Bununla belə şibyələr rütubətli tropik meşələrdə də özlərini yaxşı hiss edir.
Siz bitki aləminin iki mühüm bölməsini təşkil edən bitkilərin quruluşu, qidalanması, çoxalması, böyümə və inkişafı, onların təbiətdə rolu və insanların həyatında əhəmiyyəti ilə tanış oldunuz. Onlardan birinci bölməni təşkil edən yosunlar, mamırlar, qıjikimilər, çılpaqtoxumlular, örtülütoxumlular xlorofilli bitkilərdir. Həmin bitkilər fotosintez prosesində qeyri-üzvi maddələrdən üzvi maddələr əmələ gətirir.
İkinci bölməni təşkil edən bakteriyaların bəzi qrupları istisna olmaqla, göbələklər, xlorofilsiz canlılardır. Onlar hazır üzvi maddələrlə qidalanır. Şibyələr isə simbioz (şərikli) həyat keçirən canlıdır.
Məlumatlar http://botanika.iatp.az saytından.