Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Tibb və təbabət .: Xalq təbabəti .: Həzmlə bağlı problemlər

Həzmlə bağlı problemlər

Yaxşı çeynəmədən tez udmaq zəiflik, yorğunluq hallarında daha çox baş verir. Həzm orqanlarının xəstəliyi vaxtında müalicə olunmasa, mə”də xorası və başqa hallar baş verər. Hamünasib xörəklər yemək, yeyən zaman çoxlu soyuq su içmək, qızardılmış yağlı xörəklər: erdək əti, qaz əti, çoxlu ədviyyə) şirniyyat işlətmək də həzmin pozulmasına səbəb olur. Belə olduqda səhərlər 10 gün ərzində bir qədər albalı yemək, günortaya qədər başqa xörək yeməmək məsləhət görülür. Armudu yaxşı çeynəyib yemək həzmin pozulmasına qarşı faydalıdır. Bu baxımdan limon şirəsi də xeyirli hesab edilir. Yumurtanın ağını köpüklənə qədər yaxşıca çalır, tədrıcən 2–3 qaşıq qaynanmış sərin su qatır, sonra isə xoşməzə olmaq üçün bir qədər şəkər və turş limon əlavə edib işlədirlər.
Çox yeməkdən mə”dəsi zəifləyən şəxslər üzüm suyu rejiminə keçməlidir. Əvvəlcə 6 günlük qısa rejimə, sonra isə 3–4 aylıq uzunmüddətli rejimə keçmək olar. Düyü unu, badam, balqabaq tumunun içi, püstə və fındıq içini bir-birinə qarışdıraraq əzir, süd və üzüm şirəsi ilə qataraq xəmir düzəldib çörək, bişirirlər. Bu həzm pozğunluğu hallarında münasib yemək sayılır. Az miqdarda şəkərlə hazırlanmış əncir mürəbbəsi həzm, pozğunluğuna qarşı xeyirlidir. Təzə nanə həzmə kömək edir. Həzm pozğunluğu zamanı 1 xörək qaşığı qurudulmuş nanə tozunu, 1 stəkan qaynanmış suda 10 dəq ərzində dəmləyərək, gündə yeməkdən sonra 1 fincan işlədirlər. Turp suyu, yerkökü və şalğam suyu bağırsaqları təmizləmək və infeksiya əleyhinə işlənən ən yaxşı vasitələrdəndir. Yeməkdən əvvəl iskəncəbi ilə kahını yaxşıca çeynəmək, mə”də şirəsinin ifrazına yaxşı kömək edir, qida yollarını açır.
Zeytun yağı həzm pozğunluğuna qarşı faydalı hesab edilir. Darçın isə həzm orqanlarını qüvvətləndirir. 15q razyana toxumunu 1L qaynanmış suda dəmləyir və hər yemək vaxtı 1 fincan işlədirlər. Bu baxımdan 10q kəklikotunun 1L suda dəmləməsi də faydalıdır. Həzm prosesinin yaxşılaşması üçün soğan yemək məsləhət görülür. Tərxun da yaxşı tə”sir göstərir. Yeralması həzm pozğunluğu olanlar üçün faydalı hesab edilir. Bu zaman sarımsağı yaxşıca çeynəyib yemək həzmə yaxşı kömək edir. Səhərlər sarımsaqdan hazırlanmış sulu xörək yemək, mə”də şirəsinin ifrazı üçün yaxşı tə”sir göstərir, iştahanı açır.
Quluncan mə”dəni isidir, həzmi sür”ətləndirir. Kəklikotu da belə tə”sirə malikdir. Quru əncir borusunun yolunu genişləndirir. Yemiş qabığını mal əti ilə qaynadıb yedikdə, qida yolunu təmizləyir. Həzmi yaxşılaşdırmaq üçün turuncun yarpaqlarını xörəyə qatıb bişirirlər. Bunun üçün turş nar suyu da faydalıdır. Limon suyu mə”də ağzını təmizləyir və həzmə kömək edir.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Döşlə əmizdirmə ilə bağlı problemlər

  10-21-2007    Baxılıb: 362   
article İşğal olunmuş ərazilərdə yaranmış ekoloji problemlər
İşğal olunmuş...

(Səs verilməyib)  10-1-2007    Baxılıb: 155   
article MƏSAFƏLİ TƏDRIS: İDEYALAR, TEXNOLOGİYALAR, PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR
Müəllif: Yolçuyev Sadiq...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 133