|
Qırtlağın iltihabı zamanı qara gavalının yarpağı qaynadılıb süzgəçdən keçirilir və boğaz qarqara edilir. Bu əməliyyat iltihabı aradan qaldırır, nəfəs borusunun əzələlərini möhkəmləndirir. Əzvayı da isti suda həll edib qarqara etdikdə iltihabın qarşısı alınır. Dilarxası hissənin iltihabı zamanı xardalı narın döyüb şərbət ilə qatır, qarqara edilər. Sadə vasitələrdən biri də ilıq sudur. O nəfəs borusu və sinə üçün faydalıdır. Boğazın iltihabı artarsa, üzünün kəfi alınmış baldan isti suda şərbət hazırlanır bə boğaz qarqara edilir. Bişirilmiş ilıq süd də yaxşı tə”sir göstərir. Təzə sağılmış inək südü daha xeyirlidir. Ağrılı iltihaba qarşı çövüz qabığının suyunu çıxarıb şəkər ilə qatır və boğazı qarqara edirlər. Nar da faydalıdır. Böğazı qarqara etmək üçün 1 ədəd şirin, 1 ədəd turş narı qabığı halda qaynadıb tumunu təmizlədikdən sonra şirəsini istifadə edirlər. Böğaz ağrısına qarşı tə”sirli vasitələrdən biri əzgil yarpağının qaynanmış suyu ilə gündə 3 dəfə qarqara etməkdir. Boğaz ağrısı, boğaz gəlməsi (angina), səs tutulması, nəfəs borusunun iltihabı zamanı lavanda çiçəyinin dəmləməsi də faydalı dərnmanlardan biridir. Bu zaman 50q çiçəyi 1L qaynanmış suda dəmləyib süzür, bir qədər bal qatıb yemək arası 1 fincana qədər işlədirlər. Qabıqsız arpanı suda qaynadıb suyu atır, sonra onun üzərində ikinci dəfə su töküb yenidən qaynadır, parçadan süzüb gündə 3-4 dəfə boğazı qarqara edirlər. Soyuqdəymədən boğazda iltihab olarsa şalğam şərbətindən istifadə edirlər. Şalğamın içini oyub oraya şəkər tökdükdə, bir müddətdən sonra həmin yerə su yığılır. Yığılan suyu qaşıqla içmək məsləhətdir. Şalğam mürəbbəsi də boğaz ağrıları üçün xeyirlidir. Boğaz ağrıları və iltihab zamanı işlənən yaxşı vasitələrdən biri də dağ yarpızının məhlulu ilə qarqara etməkdir. Bunun üçün quru yarpızı qaynanmış suda dəmləyib süzür, soyumamış halda boğazı qarqara edirlər. Gülxətmi infeksiyalı ağrılar zamanı faydalı, nəfəs yolları üçün xeyirlidir. Onunla qarqara etmək müsbət tə”sir göstərir. Boğaz ağrıları, boğazın gəkməsi zamanı başqa təbii vasitələrdən istifadə etmək olar. Təngnəfəslik vaxtı istifadə edilən zirinc şərbəti, burada da faydalı hesab edilir. Onun hazırlanma üsulu mə”lumdur, saxlanma müddəti də çoxdur. Həmin şərbəti qaşıqla içmək və ya bir qədər su qataraq işlətmək olar. 50q reyhan çiçəyini, yarpaq və qol-qanadını 1l qaynanmış suda dəmləyib süzür, sonra bal və ya şəkərlə qatıb gündə bir neçə dəfə qarqara edirlər. Quru ənciri süddə bişirib boğaz ağrısı və boğaz şişi zamanı işlətmək faydalıdır. Bu baxımdan şahtut şərbəti də xeyirlidir. Onun şirəsini çıxarır, 2 özü qədər şəkərlə qatıb mülayim odda qatı şərbət əmələ gələnə qədər qarışdirırlar. Sonra şərbəti süzür, arpa suyu ilə qatıb boğazı qarqara edirlər. Qara turp da anginaya qarşı faydalıdır. Boğaz ağrısı və angina zamanı limon suyunu ilıq su ilə qatışdırıb, gündə bir neçə dəfə boğazı qarqara etmək lazımdır. Səs batarkən şəkəri suda həll edib şərbətini içirlər, bənövşə yağını ilıq halda ağızda saxlayıb damcı-damcı udmaq səsi açır. Səs açılması üçün ördək əti çox xeyirli, əncir mürəbbəsi faydalıdır. ən yaxşı vasitələrdən biri də aşağıdakı əməliyyatdır: yağlı toyuq ətindən hazırlanmış bir qab şorbanı yeyir, üstündən az keçəndən sonra şəkər qatılmış ilıq süd içir, bunun ardınca yarıbişmiş yumurta sarısı yeyirlər. Bunlardan sonra yüngülcə hamamlanmaq, çimən zamanı bədənə və başa çoxlu ilıq su axıtmaq lazımdır. Öskürək zamanı ispanaq yemək, xüsusilə onu kərə yağı ilə işlətmək quru öskürək və boğaz üçün faydalıdır. Üzüm sirkəsi xronik və temperaturlu öskürəyə qarşı yaxşıdır. Xaşxaşı suya töküb qatılaşana qədər qaynadır, alınan məhluldan səhər-axşam qaşıqla içirlər. Quluncan da öskürək üçün xeyirlidir. əməköməci öskürəyi sakitləşdirir. Banan yemək quru öskürəyi kəsməklə yanaşı sinəni yumşaldır. Saqqızağacı və zanbaq yağının qatışığı ilə özünü asqırtmaq bəlğəmli öskürəyə qarşı çox faydalı dərmandır. Balqabaq qabığı temperaturlu öskürəyi kəsir. Quru öskürək zamanı sədəfotunu quru şüyüdə qataraq suda qaynadıb içirlər. Yemiş tumunun içini çıxarıb narın halda döyəndən sonra, ilıq suya qatıb iltihablı öskürək zamanı işlədirlər. Püstə yağı öskürək və sinə ağrısı üçün çox yaxşıdır. Bişirilmiş nişastanı badam yağı ilə işlətmək boğazı yumşaldır, sinə və öskürəyi sakitləşdirir.
|
|
Məqalə
|
409
|
|
Yazılma tarixi
|
10-4-2007
|
|
Reytinq
|
   
|
|