Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Müxtəlif şerlər .: Analar bəzəyi - 2

Analar bəzəyi - 2

Bəzək, bəzək ki, deyirlər, cəvahirat deyil,
Cəvahirat bu gün ziynəti-həyat deyil.

Nədən cəvahirə fəxr eyləsin gərək nisvan?
Cəmadə fəxr isə şayani-ümməhat deyil.

Həqiqi validenin ən şərəfli bir bəzəyi
Ədəbli, uslu çocuqdur, təcəmmulat deyil.

O madərin ki, yox övladə hüsni-tərbiyəsi,
Səzayi-məkrəməti-nami-validat deyil.

Həyata layiq olan ziynət - elm gövhəridir
Ki, boylə bir dirilik qabili-məmat deyil.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Analar bəzəyi
Gər olsa niasdə elmü...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 117   
article Analar və qadınlar üçün tövsiyələr
Həmiləlik zamanı...

  10-4-2007    Baxılıb: 401