Gər olsa niasdə elmü irfan,
Övladə edər o yolda iman.
Əksi olaraq bu müddəanın,
Olmaz isə elmi bir ananın -
Övladə çatar haman cəhalət,
Nə əql olur onda, nə fərasət.
Bitərbiyəliklə tifli-məsum
Axırda olur səfilu məşum;
Carıdır çünki işbu halət,
Həmcinsinə eyləyər sirayət.
Gözlənsə gərək hüquqi-nisvan,
Ta kamil ola vüsuqi-nisvan.
Elm ilə olur hüsuli-izzət,
Elm ilə olur nüfuzi-millət.
Elmə çağırır bütün əvamı
“El-elmü fərizətun” kəlamı.