Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Elm, tədris və Kariyera .: Elmlər .: Zoologiya .: Məqalələr .: Balıqlar Su İçərmi?

Balıqlar Su İçərmi?

Həyatın mənbəyi su, canlıların vücudlarında müxtəlif nisbətdə mövcuddur. Bu da suyu bütün canlıların fizioloji olaraq istifadə etməsi deməkdir. Buna su içində yaşayan canlılar da daxildir. Bu sualın cavabı "bəli"dir. Balıqlar su içərlər.

Bir az da izahat verməli olsaq, balıqlar şirin və duzlu sularda yaşayanlar olarak ikiyə bölünür. Duzlu suda bildiyiniz kimi  konsentrasiya nisbəti çox yuxarıdır. Balıq vücudu isə bu şəraitə görə daha az konsentrasiyalıdır. Bu halda balıq vücudundan xaricinə su çıxışı olur. Duzlu sularda yaşayan balıqlar bunu tarazlaşdırmaq üçün davamlı su içməyə məcburdur. İçdikləri duzlu sudakı artıq elektrolitləri də öz bədənlərindən xaric edir. Bu çox enerjiyə ehtiyacı olan bir əməliyyay olduğu üçün duzlu su balıqları əldə etdikləri suyu daha yaxşı istifadə etmək üçün, böyrəklərində atılan su miqdarını mümkün olduğu qədər azaldır.

Şirin sularda isə bunun tam əksi müşahidə olunur. Şirin su balıqlarında vücud konsentrasiyası daha az olur. Bu halda xaricdən içəriyə daha çox su daxil olur.  Şirin su balıqları da bu artıq suyu davamlı xaric etməyə çalışır.

Balığın üstündəki pulları, dəridən suyun daxil olmasının qarşısını alır. Şirin su balıqlarının boşaltması duzlu su balıqlarına nisbətdə daha çoxdur. Ancaq bununla yanaşı, bəzi növlər bu dəyişikliyə tabe olmuşlar. Məsələn, köpəkbalıqlarının vücud konsentrasiyaları dəniz suyuna yaxındır. Beləliklə suyu xaric etmək üçün çox enerji sərf etməzlər. Bununla birlikdə, ilanbalıqları və rinqalar, həyatının bir qismini şirin suda, bir qismini isə duzlu suda keçirirlər. Bu balıqların da vücudları hər iki halda işləmək üçün formalaşmışdır.

 

Mənbə: TUBİTAK

Məlumatlar http://akademiya.net saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Açıq yaralar, yanıqlar
Gigiyena məqsədilə...

(Səs verilməyib)  10-4-2007    Baxılıb: 210   
article Antifrizli Balıqlar
Antarktidada bir çox canlının...

  10-21-2007    Baxılıb: 109   
article Qarabağ ən qədim zamanlardan xanlıqlar dövrünədək
Ərəb xilafətinədək...

(Səs verilməyib)  10-1-2007    Baxılıb: 331